Qırışlar əleyhinə yağlar

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 702
Səs ver:
(səs: 0)
Kətan yağı
Faydalı olmasına görə ona “qadın yağı” da deyilir. Kətan yağı maddələr mübadiləsini normallaşdırır, arıqlamağa kömək edir, hormonal fonu bərpa edir, menstruasiya ağrılarını azaldır.
Kətan yağı öz bioloji xüsusiyyətlərinə görə, digər bitki yağları arasında birinci yeri tutur. Onun tərkibi orqanizm üçün F, A, E, B, K vitaminləri və digər faydalı maddələrlə zəngindir. Kətan yağı – qiymətli omeqa 3 və omeqa 6 kimi doymamış yağ turşuları mənbəyidir.
Diyetoloqlar kətan yağını arıqlamaq üçün qəbul etməyi məsləhət görürlər. O, öz təsirini elə ilk dəfə qəbul edəndən sonra göstərir. Bunun üçün hər səhər 1 çay qaşığı kətan yağı için, günortalar salatlara vurub yeyin. Dəriniz çox həssasdırsa, üzünüzə də sürtə bilərsiniz.

Kakao yağı

Dəri sallanması üçün əla profilaktikadır. Bədənə qulluq, eyni zamanda göz ətrafı dəri üçün unikal vasitədir. Yağın tərkibində doymuş və doymamış yağ turşuları var. Onun tərkibindəki stearin, olein turşuları dərinin gəncliyini qorumasında mühüm rol oynayır. Kakao yağı dərini nəmləndirməkdə, qocalma prosesini ləngitmək və qırışları aradan götürməkdə bir nömrəli vasitədir.
Yağ dəriyə çox tez hopur və onu mükəmməl şəkildə nəmləndirir. Bu xüsusiyyətinə görə, quru dərilər üçün daha uyğundur. Kakao yağının əsas üstünlüyü sellülit ilə mübarizə aparmasıdır. Masajdan əvvəl mütləq kakao yağı istifadə edin.

İtburnu yağı
İtburnu yağının unikallığı sallanmış dərini dartmasıdır. Əslində, bu yağ plastik əməliyyat funksiyasını yerinə yetirir. Lakin burada cərrah və onun iti uclu ləvazimatları olmur.
Bu yağda C və E vitaminləri kollagenlərin sintezini stimullaşdırır. Daxilə qəbul etdikdə dəri öz-özünə cavanlaşır.
Boyun dərisi nazik olduğu üçün yaşınızı xaincəsinə ələ verir. İtburnu yağı isə nazik boyun dərisinin qocalmasını əngəlləyir. Hər cür qocalma əlamətlərinə və ləkələrə müharibə elan edir. Yeri gəlmişkən, əgər dəridə yara, çapıq və ya sızanaq izləri varsa, onda bu yağdan çəkin. Çünki itburnu yağı unikal regenerasiya edici xüsusiyyətlərə malikdir.

Hindqozu yağı
Hindqozu yağı həm saç tökülməsinə, həm saç yanıqlarına qarşı, həm də dəriyə qulluqda çox effektlidir. Hindqozu yağının bu faydaları aparılan təcrübələrdə dəfələrlə sübut olunub.
Tərkibi doymuş yağ turşuları ilə zəngin olan yağı saça çəkib dəsmalla kompres etməklə ən ciddi problemləri aradan qaldıra bilərsiniz. Saç diblərini möhkəmləndirmək və yumşaltmaq üçün yağı 20 dəqiqə saxlamaq kifayətdir. Üç prosedurdan dərhal sonra saçlar canlanır və sağlam görünüşünü bərpa edir. Hindqozu yağı tez-tez rənglənən korlanmış saçlara tövsiyə olunur.
Hindqozu yağı ayaqları da gözəlləşdirir. Məsələn, dabana çəkib corabla yatdıqda onu uşaq dərsi kimi yumşaq və hamar edir. Bu yağ qaralmış dirsəklər və dizlər üçün də əla vasitədir.
Əgər sizin 30 yaşınız olubsa, bu yağdan mütləq istifadə edin. O, dərinizdə qırışların yaranmasına mane olacaq, dərini 10 il cavanlaşdıracaq.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 702
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri