Hər dəri növünə faydalı olan bal möcüzəsi....

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 2 964
Səs ver:
(səs: 2)
Qədim dövrlərdən bu yana kəsik, yanıq və digər yaraların müalicəsində istifadə edilən gerçək bal, eyni zamanda antibakteriyal xüsusiyyətlərə sahibdir və antiseptik olaraq istifadə edilə bilir. Bir çox təbii dəri baxımı maskasının təməl vəsaitləri arasında iştirak edən balın bu qədər geniş şəkildə istifadə edilməsinin səbəbi dərini sıx nəmləndirməsi, iltihabı önləməsi və xüsusilə B vitaminləri baxımından zəngin quruluşuyla dərini bəsləməsidir.

Balda olan vitaminlər və dəriyə faydaları:
B1 vitamini:
Dərinin ümumi görünüşünü formalaşdırar.

B2 vitamini: Dərini sərbəst radikallar adı verilən və oksidasyona səbəb olan molekullara qarşı qoruyar.

B6 vitamini: Yeni dəri hüceyrələrinin istehsalı üçün lazımlı bir vitamindir, eyni zamanda dərini nəmləndirər və xarici faktorlara qarşı qoruma təmin edər.

B3 vitamini: İltihab önləyici xüsusiyyəti vardır. Sızanaq və digər iltihablı dəri problemlərinin yaxşılaşmasına kömək edər. Dərini dərininə nəmləndirər və nəmin uzun müddət qalmasını təmin edər.


C vitamini:
Dəri quruluğunu və quruluğa bağlı olaraq görülən qaşıntı, qızartı və qabıqlanma kimi problemləri önləyər. Antioksidant vitaminidir və günəşin zərərli UV şüalarına qarşı qoruma təmin edər.

Sink: Yaşlanmanın dəri üzərindəki təsirlərini gecikdirər.


Yağlı cildlər üçün bal və kök maskası
Yağ dərimiz üçün lazımlıdır. Dərimiz bu yağ sayəsində nəmi saxlayar və dəri yumşaq qalar. Ancaq çox yağ tozun dəri səthində yığılmasına, məsamələrin tıxanmasına və dərinin həddindən artıq parlamasına gətirib çıxarar. Yağ balansını tarazlamaq və artıq yağı aradn qaldırmaq üçün bu maskanı həftədə bir tətbiq edə bilərsiniz..

Vəsaitlər

1 böyük qaynadılmış kök
1 yemək qaşığı bal

Hazırlanmasıı və istifadəsi:
Kökləri əzdikdən sonra balı qarışdırın və soyuması üçün soyuducunda 10 dəqiqə gözlədin. Daha sonra üzünüzə çəkin. 15 dəqiqə gözlətdikdən sonra ilıq suyla durulayın.

Quru və qabıqlanan cildləər üçün bal maskası
Vəsaitlər

1 yumurta
1 yemək qaşığı bal

Hazırlanması və istifadəsi:
Yumurta və balı bir kasaya alın və yaxşıca qarışdırın. Qarışığı üzünüzə sürüb 20 dəqiqə gözlədin. Yumurta quruyunca ilıq suyla yuyun.

Həssas cildləər üçün bal maskası
Vəsaitlər

Yarım banan
1 yumurta
1 yemək qaşığı bal
1 yemək qaşığı yulaf

Hazırlanması və istifadəsiı:
Yulafı, bananı əzdikdən sonra bir şüşə kasaya alın. Yumurtanı, balı əlavə etdikdən sonra barmaq uclarıyla bütün üzünüzə və boyunuza sürün. 15 dəqiqə gözlədib ilıq suyla durulayın.

Sızanaqlara qarşı bal maskası
Vəsaitlər

1 çay qaşığı yulaf
1 çay qaşığı portağal
1 çay qaşığı bal

Hazırlanması və istifadəsi:
Vəsaitləri qarışdırdıqdan sonra barmaq ucları ilə masaj edərək üzünüzə sürün. 15 dəqiqə gözlədib ilıq suyla yuyun.

Qırışlar və incə xəttlər üçün bal maskası
Vəsaitlər

1 nar
1 yemək qaşığı bal

Hazırlanması və istifadəsi:
Məcun halına gətirdiyiniz narın içinə 1 şorba qaşığı balı qarışdırın, üzünüzə və boyununuza çəkin. 30 dəqiqə gözlədib durulayın. Bu maskanı həftədə 2 ya da 3 dəfə tətbiq edə bilərsiniz. Əgər ləkələriniz varsa bu tərifin içinə bir neçə damla limon əlavə edə bilərsiniz.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 964
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri