Sadə qatıq maskası ilə gəncləşin

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 2 835
Səs ver:
(səs: 0)
Mümkünsə öz çaldığınız qatıq olsun. Əgər dəriniz yağlıdırsa, yağı azaldılmış, qurudursa, yağlı qatıqdan istifadə edin.

Qatığı bir qaba qoyub taxta qaşıqla çırpın. Çırpılmış qatıq dəriyə həm eyni miqdarda həm də daha asan sürtülür. Qatığı barmaqlarınızın uclarıyla çox basmadan masaj edərək üzünüzə və boynunuza yedirin. Quruyana qədər toxunmayın ki, dərinizin hər yanı maskadan eyni səviyyədə faydalana bilsin. Maskanın quruması dərinizin qatığı əmdiyi, onu qidalandırıcı dəyərlərini aldığı anlamına gəlir.

Daha sonra üzünüzü və boynunuzu ilıq su ilə yuyun. Təmiz bir dəsmalla qurulayın.

Qatıq maskasının dəriyə faydaları nələrdir?
Qatıq B2, B5, B12 vitaminləri, kalsium, sink və laktik turşu tərkiblidir. B12 vitamini dərini qüsursuzlaşdırır, B5 vitamini isə ləkələri aparır, B2 vitamini dərini yeniləyir və nəmləndirir. Sink yaşlanma təsirlərini gecikdirir, laktik asit və kalsium isə dərini qidalandırır.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 835
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri