Hidrogen peroksid və qabartma tozu Kiçik bir qabın içində 2 yemək qaşığı yarım qabartma tozu və 1 yemək qaşığı qədər hidrogen peroksidi qarışdırın. Yaxşı qarışdırdıqdan sonra ucu pambıqlı bir çubuqla qarışımı bütün dırnağınıza sürtün. 3 dəqiqə dırnağınızda saxladıqdan sonra su ilə yuyun. Bu üsulu hər 6 həftədən bir təkrarlayın. Soda Kosmetik sahədə sıx istifadə edilən sodadan dırnaqları ağartmaq üçün də istifadə edilir. 1 çay qaşığı qədər sodanın üzərinə 1 çay qaşığı qatıq əlavə etdikdən sonra bir az su da əlavə edə bilərsiniz. Bu qarışım ilə dırnaqlarınızı ovduqdan sonra gözləmədən yuyun. Həftədə 3 dəfədən çox etməyin.
Limon suyu Dırnaqlarınızı limon suyunun içərisinə salaraq 10-15 dəqiqə gözləyin. Bu prosesi dırnaqlarınızdakı saralma keçənə qədər hər gün edin. Mineral su və süd Hər ikisindən eyni miqdarda götürüb bir kassada qarışdırın. Dırnaqlarınızı bu qarışımın içində 5 dəqiqəyə qədər saxladıqdan sona dırnaqların üst qismini “pilka” ilə təmizləyərək işi yekunlaşdırın.
Diş pastası Diş məcunu ilə dırnaqların ağardılması da olduqca effektli bir üsuldur. Bir dış fırçası ilə diş məcununu dırnaqların üzərinə sürtüb fırçalayın. Fırçaladığınız dırnaqları yumadan əvvəl 10 dəqiqə elə vəziyyətdə saxlayın.
Pomidor suyu Yarım stəkan pomidor suyu və 2 yemək qaşığı zeytun yağını qarışdırın, barmaqlarınızı bu qarışımda 10 dəqiqə saxlayın. Sonra su ilə durulayın.