Mükəmməl ayaqlar üçün 5 məsləhət

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 981
Səs ver:
(səs: 1)
1. Nəmləndirin
Hamar və yumşaq ayaqlara sahib olmaq üçün ilk növbədə ayaqları nəmləndirməlisiniz. Bunun üçün müxtəlif ayaq kremləri ilə yanaşı, hind qozu yağı kimi təbii vasitələrdən də istifadə etmək olar.

2. Fırçalayın

Ayaqları fırça ilə təmizləmək qan dövranın fəaliyyətini yaxşılaşdırır, limfa düyünlərini nizama salır, orqanizminizin toksinlərdən təmizlənməsinə kömək edir, həmçinin sellülitlərlə mübarizədə effektlidir. Bunun üçün adi fırça götürüb dairəvi hərəkətlərlə ayaqları ehtiyatla fırçalayın. Bu zaman da sudan, yaxud yağlardan istifadə etmək lazım deyil. Həftədə 2 və ya 3 gün duşdan əvvəl tətbiq edin.

3. Pilinq edin
Pilinq dərini ölü hüceyrələrdən təmizləyib ayaqlarınızın parlaq və hamar görünmələrini təmin edəcək.
Ayaqlar üçün pilinq resepti:
Ərzaqlar:
½ su stəkanı qədər şəkər tozu
1 stəkan zeytun yağı
5 xörək qaşığı limon suyu

Hazırlanması:
Bütün vəsaitləri qarışdırıb ayaqlara masaj edərək tətbiq edin və yaxalayın.
4. Məşq edin
İncə və cazibədar ayaqların ən mühüm sirri mütəmadi olaraq məşq etməkdir. Yeriş, qaçış, squat və plank ayaqları qısa müddətdə incəldir.

5. Digər təkliflər
Uzun müddət ayaqda durmayın. Bu, ayaqlarda varikoz yaranmasına səbəb ola bilər.
Ayaqlarınızı günəşin zərərli şüalarından qoruyun və SPF tərkibli kremlər istifadə etməyi unutmayın, duşda ayaqları yaxşıca kisələyin.
Ayaqları soyuq su ilə yaxalayın, bu, qan dövranını sürətləndirir.
Yorğun olduğunuz vaxtlarda yaxud da kompüter önündə çalışarkən qan dövranını tənzimləmək üçün ayaqlarınızı yuxarı qaldırın.
Ayaqlarda ləkə və ya kapilyar damarlar əmələ gəlirsə, dermatoloqla məsləhətləşin.
Sonda isə dikdaban ayaqqabı geyinməyi tövsiyə edirik. Beləcə ayaqlarınız daha uzun və zərif görünəcək.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 981
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri