Balıq yağı ilə dərinizi gəncləşdirin

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 4 130
Səs ver:
(səs: 1)
Dərini möhkəmləndirmək üçün yumurta maskası
Bir ədəd yumurtanın ağını ağ köpük əmələ gələnə qədər çalın. Göz və dodaq ətrafını çıxmaq şərtilə bütün dəriyə əllə və ya bir parça pambıqla sürtün. Quruyana qədər, təxminən 10-15 dəqiqə gözləyin və dərini ilıq su ilə yaxalayın. Olduqca asan hazırlanan bu maskanı mütəmadi olaraq, həftədə iki dəfə tətbiq etdikdə dərini dartan kremlərə pul xərcləməyəcəksiniz.

Dərini dartan maska
1 saat sonra vacib görüşünüz var və siz dərinizin parlaq və təravətli görünməsini istəyirsiniz? Onda bu maskanı hazırlayın.
1 çay qaşığı yaş maya və 1 çay qaşığı südü qarışdırın. Yaxşıca qarışdırıb göz və dodaq ətrafını çıxmaq şərti ilə üzünüzə sürtün. Yarım saat sonra dərini ilıq su ilə yaxalayın. Dərini dartan bu maska 20 yaşlarında olanlara ayda bir dəfə, 30 yaşlılara ayda iki dəfə, 40 yaşından sonra isə həftədə bir neçə dəfə çəkmək tövsiyə olunur. Mayanın tərkibindəki yüksək zülal sayəsində üz əzələləri dartılacaq və dəri daha hamar görünəcək.

Balıq yağı ilə dərinizi gəncləşdirin

Dərinizin sağlam və qüsursuz görünməsini istəyirsinizsə, balıq yağından imtina etməyin. Balıq yağı bütün apteklərdə satılır. Balıq yağı kapsulunu sındıraraq içindəki yağı bütün dəriyə yedirdin. Bunu həftədə bir dəfə tətbiq edin və fərqi
hiss edin.

Göz altı qara halqalar və qırışlara qarşı
Pivə mayası kosmetika mağazalarında satılan bahalı kremlərlə eyni işi görür. Həm göz altındakı qara halqaları yox edir, həm şişkinliyi azaldır, həm də toxumaların büzüşməsini təmin edərək dərini gəncləşdirir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri