Hər dəri tipinə uygun maskalar

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 2 879
Səs ver:
(səs: 1)
Dəriniz çox sağlam belə olsa, mətbəximizdəki vəsaitlərlə dərimizin təravətini qorumalıyıq.
Hər dəriyə uyğun bir meyvə və tərəvəz mütləq var, unutmayın!

Quru dəriyə kahı maskası
Bir neçə kahı yarpağını qaynar suya batırıb iki dəqiqə gözlədin və soyumağa buraxın. Yarpaqları, təmizlənmiş üzünüzə və boyunuza tətbiq edin. 20 dəqiqə gözləyib üzünüzü ilıq su ilə yuyun. Dəsmal ilə yüngülcə qurulayın

Yağlı dəriyə limon maskası
İki limonun qabığını soyub qabıqlarını iki şorba qaşığı suyun içində üç dəqiqə gözlədin. Robotda püre halında əzin və canlandırıcı maska ​​olaraq istifadə edin. Təmizlənmiş dərinizə pambıqla sürtüb bir neçə dəqiqə gözləyin. İlıq suyla yuyub dəsmal ilə qurulayın və ardından gündəlik nəmləndiricinizi çəkin.

Həssas dəriyə banan maskası
Bir ədəd bananı çəngəllə əzərək püre halına gətirin. Təmizlənmiş dərinizə masaj edərək çəkin 15 dəqiqə gözləyin. İlıq suya batırılmış pambıqla dərinizi təmizləyin. İlıq suyla yuyub dəsmal ilə yüngülcə qurulayın.

Qızartılara qarşı moruq maskası
Bir ovuc dolusu çiyələk və ya moruqu bir kasaya tökün. Püre halında əzib dərinizə çəkin. Ancaq dəriniz quru isə çiyələk püresinə iki şorba qaşığı süd kremi əlavə edib qarışdırın və təmizlənmiş dərinizə tədbiq edin 10 dəqiqə gözləyin. Yuyub qurulayın.

Yorğun dərilərə paxla maskası
Bir az qaynadılmış təzə paxla əzin.
1 yemək qaşığı badam yağı,
1/4 limon suyu, 1 yemək qaşığı bal ilə qarışdırın.
Bu maskanı ilıqkən çəkin. 15 dəqiqə gözlətdikdən sonra ilıq su ilə maskanı təmizləyin. Soyuq suyla üzünüzü təkrar yuyun.
Bu maska ​​üzünüzü canlandıracaq və bəsləyəcək.

Dəriyə parlaqlıq verən noxud maskası
2 su stəkan dolusu ayırd edilmiş noxudu alın. Bunları yaxşıca əzin. Daha sonra da üzüm bəhməzi ilə qarışdırın. Bu qarışığı bir qaba qoyun və yarım litr suda qaynadın. Su çəkilməyə başlayarkən oddan alın. Daha sonra bir yumurtanın ağını və yarım fincan günəbaxan yağı qatın. Əgər çox maye olsa bir az qarğadalı unu əlavə edin. Bu qarışığı yoğurun. Dərinizə gecələri yatmadan əvvəl çəkin, 15 dəqiqə gözlədib ilıq suyla yuyun. Dərinizə parlaqlıq və canlılıq qazandıracaq.

Qırışıqlıqlara azaldan kivi maskası
Bir neçə kivinin soyub çəngəllə əzərək püre halına gətirin. Suyunu süzüb özünü təmizlənmiş üzünüzə və boyunuza masaj edərək sürtün. 20 dəqiqə gözləyib ilıq suya batırılmış pambıqla silin və ilıq suyla yuyub dəsmal ilə qurulayın.

Qırışıqlara qarşı yumurta maskası
İki yumurta ağını bir şorba qaşığı şəkərlə qarışdırın. Hazırladığınız bu qarışığı təmizlənmiş dərinizə pambıqla masaj edərək sürtün. 15 dəqiqə gözləyib ilıq suya batırılmış pambıqla təmizləyin. İlıq suyla yuyub dəsmal ilə yüngülcə qurulayın.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 879
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri