Skrabın düzgün seçilməsi və hazırlanması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 9 620
Səs ver:
(səs: 1)
Üz skrabını necə seçməlidi.

1. Zərif pilinq effektli, şəkər, jojoba toxumu, düyü qırıntıları və ya badam unu tərkibli skrablar
2. Tərkibində bal və yulaf olan skrablar- bunlar tonusu aşağı olan dərinin tonusunu bərpa edir
3. Tərkibində xırdalanmış üzüm toxumu olan skrablar – onlar yağlı, tez-tez sızanaq əmələ gələn dərinin daha yaxşı təmizlənməsinə və antioksidantla zənginləşməsinə kömək edir.

Bədən skrabını necə seçməlidi.

1. Təxminən iki xörək qaşığı skrabı götürün və ayaqlarınızdan başlayaraq yuxarıya doğru dairəvi hərəkətlərlə massaj edərək dərinizə çəkin.
2. Skrabın istifadəsindən əvvəl yaxşıca yuyunmaq lazımdır.
3. Skrab istifadəsi zamanı bədəndə qızartılardan başqa, tərkibində olan ətirli yağlar ürəkbulanma və baş ağrısı verə bilər.

Ev şəraitində skrabın hazırlanması:
Dəniz duzu və bal. Yaxşı qarışdırın və üzünüzü təmizləyin. Dəniz duzu dəri üçün xeyirli olan müxtəlif minerallarla zəngindir. Bal isə dəridən toksinləri, şlakları çıxartmağa kömək edir. Bu skrab dərini cilalayaraq onu elastik (möhkəm) və sağlam edir. Dəniz duzunun iri dənəcikləri dərini zədələyə bilər ki, bu səbəbdən istifadə etdikdən əvvəl duzu qəhvəüyüdəndə xırdalamaq lazımdır. Dəniz duzunu həmçinin xama və ya qaymaqla (quru dəri üçün) qarışdırmaq olar. - Şəkər tozu da ev skrabların hazırlanmasında geniş istifadə olunur. Quru dəri üçün skrab hazırladıqda şəkər tozu xama, gənəgərçək, ərik, zeytun yağı ilə qarışdırılır. Yağlı dəri üçün isə şəkər tozunu kefir və ya qatıqla qarışdırmaq olar.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 9 620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri