Üz dərisinin CAVAN qalması üçün 7 SADƏ QAYDA

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 2711
Səs ver:
(səs: 1)
İnsan yaşa dolduqca dəri daha quru və nazik olur, üzərində qırışlar, ləkələr əmələ gəlir, dərinin rəngi pisləşir və s. Bütün bunlar təbii proseslərdir və orqanizmin ümumi qocalması ilə bağlıdır.

Bu prosesləri dayandırmaq mümkün olmasa da, xeyli ləngitmək mümkündür. Bunun üçün heç də plastik cərrahlara müraciət etmək lazım deyil. Çox sadə qaydalara əməl etməklə dərinizi cavan və təravətli saxlaya bilərsiniz.

1. Cavan yaşlardan mimikanıza ciddi fikir verin.
Əgər qadın daim alnını, burnunun qırışdırır, dodaqlarını saxır, həddindən artıq gülümsəyirsə və s., bu qırışların daha tez əmələ gəlməsinə səbəb olacaq. Yapon qadınları qoca yaşlarına kimi üz dərisini cavan və qırışsız saxlayır. Bunun əsas səbəblərindən biri onların mimikadan az istifadə etməsidir.

2. Mümkün qədər az hallarda krem-pudra və yağlı tonal kremlərdən istifadə edin.
Bu vasitələr dərinin məsamələrini qapayır ki, nəticədə dərinin nəfəsalması pozulur. Bu isə üz dərisinin qocalmasını sürətləndirir.

3. Sağlam qidalanın.
Qidalanmanızda daim təzə meyvə-tərəvəz, göyərtilər, süd məhsulları, yarmalar olmalıdır. Zülallar da çox vacibdir. Qidalanmada zülalların (ət, toyuq, balıq, yumurta) az olması dərini tez qocaldır.

Qadının qidalanmasında kifayyət qədər yağlar (zeytun yağı, kərə yağı) olmalıdır. Quru dəri daha tez qocalır. Yağlar isə dərini quruluqdan xilas edir. Bundan əlavə yağlar yağlı turşularla zəngindir. Yağlı turşular dərinin daha tez bərpasına kömək edir.

Hal hazırda qadınların əksəriyyəti arıqlamaq üçün müxtəlif pəhrizlərdən istifadə edir. Lakin qadınlar bunu da bilməlidir ki, tez bir zamanda arıqlama üz dərisinin vəziyyətinə olduqca mənfi təsir edir.

4. Kifayət qədər su için.
Hər gün 8-10 stəkan təmiz su içmək lazımdır. Susuzlaşma dərinin ən böyük düşmənidir.

5. Hərəkətli olun.
Fiziki aktivlik orqanizmdə qan dövranı yaxşılaşdırır. Bu isə bütün orqanizmin və, o cümlədən, üz dərisinin cavan və sağlam qalması üçün əsas şərtlərdən biridir.

6. Kifayət qədər yatın və dincəlin.
Yuxu vaxtı orqanizm bərpa olunur. Yuxusuzluq orqanizmdə qocalma prosesləri sürətləndirir.

7. Dərinizə daim qulluq edin.
Dərini mütləq daim təmizləmək, qidalandırmaq və mənfi təsirlərdən (isti hava, külək) qorumaq lazımdır.

Xüsusi kosmetik massaj, qidalandırıcı və nəmləndirici maskalar və kremlər üz dərisini cavan saxlamağa kömək edir.

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2711
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
❤Ə❤CANAN❤G❤
Sitat: adsiz-a
Hec baxmiram uz derime,alinma kremnen istifade edirem

Hec baxmiram uz derime,alinma kremnen istifade edirem
26 may 2017 15:57
6
canan qizim sirin seker qizim.
Offline
Barbaris
maska istifade etmirem ama kremlerden her gun istifade ediren
26 may 2017 10:21
5
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Offline
adsiz-a
Hec baxmiram uz derime,alinma kremnen istifade edirem

Hec baxmiram uz derime,alinma kremnen istifade edirem
25 may 2017 21:42
4
Offline
Son Bahar
Saglam qidalanma dedikde dasdan yumsaq hər sey boguram122mimikasiz insan nece yasiyar....heykel zadiq122qalanlarina riayet edirem
25 may 2017 20:14
3
Offline
YalniZ-ArZu
Yapon qadinlar mimikasiz olmagi qeywalardan ornek aliblar...bizlik deyil bu,biz emosional milletik,ne hisslerimiz varsa uzumuzden oxumaq olur.

Yapon qadinlar mimikasiz olmagi qeywalardan ornek aliblar...bizlik deyil bu,biz emosional milletik,ne hisslerimiz varsa uzumuzden oxumaq olur.
25 may 2017 19:08
2
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BARBI
Uz derime daim baxim edirem.Maskalardan istifade edirem
25 may 2017 17:32
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri