Yazda üzünüzə belə qulluq edin - KOSMETOLOQ MƏSLƏHƏTİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 1678
Paylaş:
Səs ver:
(səs: 0)
Yaz xanımların dərisindəki problemlərin üzə çıxdığı bir fəsildir. Bu fəsildə dəri xüsusi qulluq tələb edir.

"Fəsildən asılı olmayaraq, üzə qulluq dəri təmizliyi ilə başlayır. Normalda dəri 2-3 aydan bir təmizlənməlidir”.

Bunu açıqlamasında həkim-kosmetoloq Aysel Qədimova deyib:


"Yazda havaların isinməsi ilə əlaqədar dəridə yağlılıq artır, yayda bu problem daha aktual olur. Xanımlarımız bəzən müxtəlif üzə qulluq prosedurlarına (mezoterapiya, biorevitalizasiya, piling) yazılır, ancaq burda önəmli bir məqam var. Əgər dəri ağ və qara nöqtələrdən, yağlardan təmizlənmirsə, üz dərisi aldığı prosedurlardan 100 faiz nəticə görmür. Bu baxımdan üz təmizliyi mütləqdir”.

25 yaşdan başlayaraq dəridə hialuron turşusunun miqdarı azalır, bu da bir sıra problemlərə gətirib çıxarır. Həkim-kosmetoloq bildirib ki, 25 yaşdan yuxarı xanımlar mütləq üz dərisinə qulluq etməlidir. Əks halda dəridə xırda qırışlar əmələ gələcək, dəri quru və solğun görünəcək. Artıq 30 yaşa çatdıqda bu problemlər daha qabarıq ortaya çıxacaq:

"İldə iki dəfə biorevitalizasiya proseduru etmək məsləhətdir. Biorevitalizasiya tərkibində turşular, minerallar, vitaminlər, antioksidantlar, kofermentlər olan preparatlardır. Bu prosedur nəticəsində üzdəki xırda qırışlar azalır, kallagen və elastin sintezi artır, üz dərisi daha elastik olur və daxildən nəmlənir.

Bununla yanaşı, dərinin sağlamlığı üçün sağlam qidalanmaq vacibdir. Sağlam qidalanmaq sağlam dəriyə sahib olmaq deməkdir. Odur ki, təbiətin bəxş etdiyi bütün nemətlərlə qidalanmaq lazımdır. Bunların arasında isə meyvə-tərəvəz yemək və bol su içmək vacibdir".

loading...
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1678
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
YalniZ-ArZu
Uz derisine qulluq vacibdi,heyif bele gorurem qizlar da menim kimi tenbeldirler...mende evveller cox istifade edirdim maskalardan,axir vaxtlar ancaq piling maska edirem vessalam...liftinq maskalar da cox vacibdir 25 yawdan sonra.
3 iyul 2017 16:04
9
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
Barbaris
nemlendirici krem istifade edirem her gun .maska yox hele
3 iyul 2017 15:15
8
Tərs damarım tutmadığı müddətcə super biriyəm! tavsan
Offline
sevill
He yaxwi maraqliei melumatdi
11 iyun 2017 20:33
7
Offline
Son Bahar
25 yasim yoxdu hələ suslu ama teravetlendirici masqalaradan isdifade edirem tesekkur can
8 iyun 2017 23:16
6
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Offline
Gultekin.A
Hele 25yawim olsun ederem ))
8 iyun 2017 14:41
5
AĞ GÜLÜN QARA KÖLGƏSİ VAR
Offline
aziz a
He tocnu menlikdi,30 yaş dı uje mende
8 iyun 2017 03:27
4
imza: Salam her kese
Offline
adsiz-a
Sitat: _ŞN_
Hec birwey istifade etmirem ama lazimdi arada tesekkurler

Qel menim yanima,122mende elemirempff
7 iyun 2017 22:20
3
Offline
BARBI
Uzum ucun daim baximlar edirdm.Derini gozellesdirir
7 iyun 2017 21:42
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
_ŞN_
Hec birwey istifade etmirem ama lazimdi arada tesekkurler
7 iyun 2017 18:42
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri