Gənc qalmaq üçün effektiv maskalar

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 5 325
Səs ver:
(səs: 0)
Gənc görünmək istəyənlər üçün maskalar
Bütün xanımlar üz dərilərinin qüsursuz görünməsini istəyir. Bunun üçün də mütəmadi olaraq kosmetoloqlara müraciət edirlər, kremlər və müxtəlif vasitələrə əl atırlar. Lakin ev şəraitində də dərinizə qulluq edə bilərsiniz.

Qadınla.Com dərinizi daha gənc və sağlam görünüşə qovuşdurmaq üçün ev şəraitində hazırlaya biləcəyiniz bir neçə maska ilə sizi tanış edir.

1. Üz tükləri üçün maska
Vəsaitlər:

- 10 qram limon suyu
- 1 fincan su
- 30 qram un (noxud unu məsləhətdir)

Hazırlanması:
Bütün vəsaitləri bir yerə qataraq məcun halına gələnə qədər qarışdırın və üzünüzə tətbiq edin. 15 dəqiqə ərzində qurumağını gözləyin, daha sonra maskanı üzünüzdən dəsmalın köməyi ilə, tüklərin çıxma istiqamətinə doğru çəkib çıxarın.

2. Qırışlara qarşı maska
Vəsaitlər:

- 3 aspirin
- 3 yemək qaşığı limon suyu

Hazırlanması:
Aspirini limon suyunun içərisində əridin və bir məcun halına gələnə qədər qarışdırın. Sonra bu qarışımı üzünüzə çəkin və 10 dəqiqəyə qədər qurumasını gözləyin. Sonda maskanı bol su ilə üzünüzdən təmizləyin.

3. Canlandırıcı maska
Vəsaitlər:

- 5 aspirin
- 1 yemək qaşığı qatıq
- 1/2 yemək qaşığı bal

Hazırlanması:
Aspirini əzin və digər vəsaitlərlə birlikdə yaxşıca qarışdırın. Maskanın yaxşı nəticəsini almaq üçün əvvəlcə məsamələrinizi açmağa kömək edən ilıq suda saxladığınız bir bezi üzünüzdə saxlayın. Üzünüzün quruduğuna əmin olduqdan sonra qarışımı sürtün və üzünüzdə 30 dəqiqə saxlayın. Müddət bitdikdə maskanı üzünüzdən ilıq su ilə silin.

4. Peeling təsirli maska
Vəsaitlər:

- 3 aspirin
- 3 yemək qaşığı ilıq su

H​azırlanması:
Bir məcun konsistensiyası əldə etmək üçün aspirini suyun içində həll edin. Üzünüzü təmizlədikdən sonra çəkin və 10 dəqiqə saxlayın. Daha sonra su ilə durulaya bilərsiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri