Dəriyə uyğun və doğru baxım necə olmalıdır?

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 3 384
Səs ver:
(səs: 1)
Yaşlanma əlamətlərini azaltmaq və hər zaman parlaq bir dəriyə sahib olmaq hər qadının xəyalidir. Ən əhəmiyyətli paltarınız olan dərinizə uyğun və doğru baxımları necə edə biləcəyinizi sıraladıq bu xəbərdə. Bu üsullar ilə qüsursuz bir dəriniz olacaq.

-Bütün dərinizə peeling tətbiq edin. Peeling dərini ölü dərilərdən təmizləmə əməliyyatıdır. Yalnız üzünüzü deyil bütün dərinizi tez-tez kisələyin və ya xüsusi peeling məhsulları istifadə edin.

-Dərinizi hər gün nəmləndirin. Sizə uyğun olan losyon, krem ya da gel haldakı məhsulları istifadə edin.

-Hər 15 gündə bir qara nöqtələri üzünüzdən təmizləmək üçün jelatin maskası istifadə edin. Bir şorba qaşığı dəriyə tətbiq oluna bilən jelatinini iki şorba qaşığı süd ilə qarışdırın, qarışığı mikrodalğa ilə 10 saniyə qarışdırın, üzünüzə tətbiq edin və qurumasını gözləyin. Sonrasında yavaşca soyun.

-Dərinizin məsamələrindən çirk, yağ və bakteriyaları çıxarmaq üçün yatmadan əvvəl üzünüzü bir təmizləyici və ilıq suyla yuyun.

-Günəş kremi istifadə etdiyinizdən əmin olun. Ultrabənövşəyi şüaları erkən qırışma, yaşlanma nöqtələri və hətta dəri xərçənginin ana səbəbidir.

-Su dərinizin optimal səviyyədə işinə köməkçi olar. Quru dərinin elastikliyi azalmış olar.

-Həftədə 2 ya da 3 dəfə göz ətrafınıza aleo verə geli tətbiq edin.

-Stressdən xilas olmanız gənc bir dərinin ən əhəmiyyətli qaydalarından biridir. Stressdən uzaq dayanmağa çalışın.

-Makiyajınızı düz bir şəkildə və tamamilə çıxardığınızdan əmin olun.

-Ayda ən az bir dəfə çuğundur, kök suyu, portağal suyundan ibarət olan gözəllik detoksu hazırlayın. Bu içəcək dərinizə ehtiyacı olan vitaminləri təmin etmiş olar.

-Məşq etmək maddələr mübadiləsini sürətləndirər və toksinlərin atılmasına köməkçi olar.

-Təbii ev qatığı və şəkərdən ibarət olan peeling maskası ilə ölü dərilərinizdən kimyəvi məhsul istifadə etmədən xilas ola bilərsiniz.

-Yuxu dərinin özünü yenilədiyi ən əhəmiyyətli zaman dilimidir. Gün içərisində kifayət qədər yatmaq yaşlanma əlamətlərini azaldar. Dərinizə təbii parlaqlıq verər.

-Yağlı cildlərə yulaf, quru cildlərə avokado, normal və qarışıq cildlərə isə bal və papaya maskaları tətbiq edilə bilər.

-Hüceyrə yeniləmə xüsusiyyətinə sahib olan biotin kapsulalarını istifadə edə bilərsiniz. İLk öncə həkiminizlə məsləhətləşin.

-Yağlı dəri ilə mübarizə etmənin ən əhəmiyyətli yollarından biri də gil maskasıdır. Saf gil istifadə etdiyinizdən əmin olun. Sonrasında mütləq nəmləndirici tətbiq edin.

-Göz ətrafınızdakı bənövşəyiliklər və şişliklər üçün çay paketlərini istifadə etmək sürətli və praktik bir həlldir. Bir parça pambığın üzərinə yaşıl çay damladaraq məsamələrinizdən xilas ola bilərsiniz.

-Ətirləri dəri səthinə sıxmayın. Geyiminizdə istifadə etmək ən ağıllıca olanıdır.

-İstifadə etdiyiniz makiyaj vəsaitlərinin keyfiyyətli olduğundan əmin olun. Makiyaj vəsaitlərinin hamısında istifadə edilən kimyəvilər ucuz məhsullarda daha çoxdur və dərinizə ciddi zərərlər verə bilər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 384
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri