Pomidor dilimlərini üzünüzə tətbiq etsəniz nə olar?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 544
Səs ver:
(səs: 4)
Son illərdə dəri üzərində sınanan faydalı üsullardan biri də pomidor maskasıdır. Üstəlik bunun üçün xüsusi səy göstərməyə ehtiyac yoxdur.
Qadinla.com oxucuları pomidor maskasının faydaları və hazırlanma qaydası ilə tanış edib.

Qışda quruyan dərini nəmləndirir
Pomidorun tərkibində dəri üçün çox faydalı minerallar var. Buraya C və E viatamləri də daxildir. Bu tərəvəzdə olan mineral və vitaminlər quru dərini nəmləndirir, yağ balansını bərpa edir və onu hamarlaşdırır.

Günəş ləkələrini aradan qaldırır
Pomidor günəşin ultrabənövşəyi şüalarından qorumağa yardım edir, günəş ləkələrinin yaranmasının qarşısını alır.

Sızanaqları yox edir
Pomidorun tərkibinə salistik turşusu daxildir. Salistik turşusu dəri üzərindəki sızanaqların yox edilməsinə birbaşa təsir göstərir.

Dərini ağardır
Pomidorun tərkibindəki faydalı turşular dəri rəngini açır və ağardır. Bunun üçün pomidoru iki yerə bölüb üzərinə limon tozu səpin. Pomidor dilimini üzünüzə sürtün. Bu, həm dəri məsamələrini sıxlaşdırır, həm də dərini ölü hüceyrələrdən təmizləyir.
Yaxud bir ədəd pomidoru blenderdən keçirin. İçinə bir qədər un əlavə edib xəmir halına gələnə qədər qarışdırın. Əldə etdiyiniz qarışığı üzünüzdə 5 dəqiqə saxlandıqdan sonra yuyun.
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 2 544
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri