Sağlam və parlaq dəriyə sahib olmağın 5 sirri

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 2451
Səs ver:
(səs: 0)
Hər gün dərinizə ayıracağınız qısa bir zaman kəsiyi dərinizin sağlam və parlaq olmasına səbəb ola bilər. Siz də belə dəriyə sahib olmaq istəyirsinizsə, o zaman aşağıda yazılanlara əməl etməlisiniz. Bunu sizə Acıbadəm Atakənt Xəstəxanası Dəri Xəstəlikləri Uzmanı Doktor Selda Yıldırım tövsiyə edir.

1. Dərinizi gündə 2 dəfə təmizləyin.
Qadinla.com bildirir ki, səhər və axşam dərinin təmizliyinə ayırdığınız bir-neçə dəqiqə dərinizin təbii və parlaq görüntüyə sahib olmasına səbəb olacaq. Dərinizdə gecə boyu yığılıb qalmış yağlar, səhərdən axşama kimi dəriyə qonan ətrafdakı toz və kir təmizləndikdə dəri rahat nəfəs alacaq və dəri parlaq görüntüyə sahib olacaq. Dərisinə krem və digər makiyaj sürtən adamların isə üzünü ilıq su ilə yumaları məsləhət bilinir.

2. Nəmləndiricidən istifadə edin.
Küləkli hava dərinin quruluğunu artırır. Bu zaman nəmləndirici krem dərinin üstündə qoruyucu bir təbəqə rolu oynayacaqdır. Nəmləndirici krem dərini küləkdən, çatlamalardan, qabıqvermədən qoruyur. Ancaq hər dəriyə öz xüsusiyyətinə uyğun olan nəmləndirici seçilməlidir. Çünki yağlılığı çox olan dəriyə nəmləndirici krem sürtmək dərini daha da yağlı edərək sızanaqların sayını artıra bilir.

3. Dəri və su.
Oranizminizdə digər orqanlar kimi dərinizin də suya ehtiyacı böyükdür. Bu səbəbdən də gün ərzində 8-10 stəkan su içilməlidir.

4. Yaşlanmanı azaltmaq.
Orqanizminizdəki yaşlanmanın sürətini azaltmaq üçün gündəlik qidalanmanıza diqqət yetirin. Düzgün qidalanma seçimi dərinizin də yaşlanmasının qarşısını alacaq.

5. Yuxu rejimi.
Düzənli yuxu insanın dərisinə öz gözəl təsirini göstərir. Doktor Selda Yıldırım qeyd edir ki, gün ərzində ən azı 8 saat rahat yuxulamanın dəriyə müsbət təsiri böyükdür. Normal yuxu zamanı hüceyrələrdə olan sərbəst radikalların sayı azalaraq orqanizmin bərpa reaksiyalarının baş verməsini təmin edir. Bu da dərinin elastikliyini artırır, dəridə əmələ gələn qırışların yaranma sürətini zəiflədir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2451
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 16637
Xəbər sayı: 2937
Qeydiyyat: 10.01.2014
arzum-aysum
Ne qeder qulluq edilse de yas oz sozunu deyir. Amma yene de gozelliyi qorumaq ucun bu cur meslehetlere emel etmek vacibdir
6 yanvar 2018 23:55
3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Şərh sayı: 4033
Xəbər sayı: 47
Qeydiyyat: 19.11.2017
fiyonik
Menim de ehtiyacim olan bir meslehetdi
6 yanvar 2018 14:34
2
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 80404
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
En esasi yuxu rejimidir.Yuxusuzluq derini qocaldir
6 yanvar 2018 12:06
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri