Kartof suyunun gözzəlliyə inanılmaz FAYDALARI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 39 470
Səs ver:
(səs: 0)
Bol çeşidli xörəklərlə tez-tez işlətdiyimiz kartofun başqa sahələrdə də olduqca uğurlu olduğunu bilirdinizmi? Bir çoxu naməlum amma, kartof suyu bahalı kosmetik markalarının təsirlərinə daş çıxaracaq cinsdən bir dəri baxım möcüzəsidir. Məhz, kartof suyunun dərimiz üzərindəki min bir faydası.

Təbii dəri baxım möcüzələrindən biri olan kartof; Ləkələrdən, yanıqlara və göz altı qançırlara qədər bir çox dəri qüsurunun öhdəsindən gələ bilər.Ancaq bunun üçün kartofun suyunu çıxarmağa ehtiyacınız var.Tərkibindəki Nişasta, karbohidrat və bir sıra mineral, zülal ilə dəri baxım möcüzəsidir.

Qırmızı kartofun faydaları
Kartof; Kükürd, kalium, kalsium, mis, maqnezium, fosfor, dəmir, A, E, C, B vitaminləri, beta-karoten, fol turşusu tərkibi ilə dəri sağlamlığı və baxımı üçün suyu əldə edildiyi vaxt möcüzəvi bir losyona çevrilir.Kartof suyunu əldə etmək üçün rəndələyib suyunu tənzifdən süzmək, ya da qatı meyvə şirəsıxan suyunu çıxartmanız yetərli olacaqdır. Kartof suyu əldə etmək üçün; Sarı kartof əvəzinə şirin kartof və qırmızı kartof daha təsirli nəticə verəcəkdir.

Kartof suyunun dəri üzərindəki inanılmaz təsirləri;
Dəri ləkələrinə son verir; Dəri ləkələri üçün təbii bir losyon olan kartof suyunu pambıq köməyiylə ləkələrin üzərinə sürün. Ən çox şikayət edilən günəş ləkələrinə və hətta uzunmüddətli olduğuna inanılan yanıq ləkələri üzərində də təsirlidir.

Göz altı qançır; Göz altı qançırlara yaxşı gələn kartof; Yuxusuzluq, yorğunluq, stress, uzun səfərlərin səbəb olduğu bu problemin önünə keçir. Kartof suyuna batırılmış pambıqları gözlərin altındakı bənövşəyi hissələrdə saxlandıqda həm yüngüllük hiss edəcək həm də bu can sıxıcı qançırlara vida edəcəksiniz.

Ağappaq, parlaq bir cild; Asiya ölkələrindəki qadınların ağappaq ay kimi cildləri hamıya məlumdur. Bəs, onların ağlıq sirrinin nişasta olduğunu bilirdinizmi? Bax, kartofun içərisində nişasta bu məsələdə təbii bir həlli təmin edir. Bunun üçün, kartof suyunu bir pambığa töküb üzünüzü silə və ya üzünüzü kartof suyu ilə yuya bilərsiniz.

Hamar bir dəri; Gün həddindən artıq kartof suyla aldığınız dərinizin inanılmaz hamar olduğuna şahid olacaqsınız. Eyni zamanda tərkibindəki nişasta sayəsində qırışları önləyici təsirə malikdir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 39 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri