Yumurta sarısı və ballı maska,dərini qidalandırmaq üçün.
Tərkib: 1ç/q bal və 1 yumurta sarısı. Faydası : belə tərkib qırışları azaldaraq dərini qidalandırır. Hazırlama qaydası: İri tutumu olmayan qabda yumurta ilə balı qarışdırın. Kütlə eynicinsli olmalıdır.
İstifadə qaydası:
Təbii tərkibi massaj xətləri boyu tətbiq etmək lazımdır. Gözətrafı nahiyələr xaric. 20 dəqiqədən sonra yumaq olar. Bu maska saçlara da tətbiq edilir. Belə qidalanan saçlar sağlam parıltıya sahiblənir.
P.S bu maskanı şəxsən özüm istifadə edirəm. Həfdə bir dəfə istifadə edin nəticəni tez vaxtda hiss edəcəksiniz.