Çatlamış dabanlar və onunla mübarizə

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 2 990
Səs ver:
(səs: 0)
Dabanda yaranan çatlar həm görüntü, həm də sağlamlıq baxımından ciddi problemdir. Dabandakı çatlar günün çoxunu ayaq üstə keçirənlər üçün böyük çətinliklər yaradır, yeriməkdə problemlər meydana çıxır

Buna görə çatlardan qurtulmağın yollarını tapmaq lazımdır.Daban çatlaqlarına hündürdaban ayaqqabı geyinən qadınlarda daha çox rast gəlinir. Buna görə davamlı olaraq bu problemlə mübarizə aparmaq zərurəti ortayaçıxır.

Dabandakı çatlar, böyük ehtimalla, ayaq göbələyinin əlamətidir. Belə çatlar adətən, quru dəriyə sahib insanlarda meydana gəlir. Ona görə ayağınıza tez-tez nəmləndirici kremlər sürtməyiniz məsləhətdir.

Bu çatların aradan qaldırılması üçün salonlarda tətbiq edilən pedikur çarələrdən biridir. Ancaq diqqət etmək lazımdır ki, başqalarına istifadə edilmiş alətlərdən sizin üçün istifadə edilməsin. Çünki bu yolla müxtəlif xəstəliklər qazanmaq mümkündür.

Çatlar üçün istifadə edilən kremlərdə E vitaminin üstünlük təşkiletməsi zəruridir. Bundan başqa, vazelin də çatları aradan qaldırmaqda çox əhəmiyyətlidir.

Çimərkən ayağın nəmlənməsindən istifadə edib dabanı yaxşı təmizləmək, yuduqdan sonra qurulamaq lazımdır. Ayaqları nəm saxlamaq çatları artırır

Çatlar yox olana qədər qapalı ayaqqabı və corab geyinmək lazımdır. Xüsusilə gecələr dabana vazelin vuraraq corab geyinib yatsanız, böyük faydasını görəcəksiniz.

Çatları yox edən vasitələrdən biri isə soyuq suya alma sirkəsi əlavə edərək ayaqları yarım saat onun içində saxlamaqdır.Eyni metodu gül suyu və zeytun yağı ilə də sınaqdan keçirmək mümkündür. Bu vasitələr dabanları yumşaldacaq.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 990
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri