Botoks haqqında bilməyiniz vacib olan hər şey

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 762
Səs ver:
(səs: 0)
Botoks Clostridium Botulinum bakteriyasından alınan botulinum toksin adlanan neyrotoksindən hazırlanır. Çox güclü bir zəhər olmasına baxmayaraq düzgün istifadə olunduqda botoksun bir çox yerlərdə tətbiqi mövcuddur.

Botoks nədir?
Clostridium botulinum bakteriyası torpaq, meşə, göllər daxil olmaqlabir çox təbii birləşmələrdən alınır. Bakteriyaya həmçinin məməlilərin və balıqların bağırsaqlarında, xərçəng və digər dəniz canlılarının organlarında və qabıqlarında rast gəlmək mümkündür. Clostridium botulinum bakteriyasının və sporlarının bu cür təbiətdə tapılanforması əsasən zərərsizdir. Problem yalnız sporlar vegetativ hüceyrələrə çevriləndə və bu hüceyrələr artanda ortaya çıxır. Bu zaman bakteriya botulizmə səbəb ola bilən ölümcül neyrotoksin-botulinum toksin ifraz etməyə başlayır. Neyrotoksinlər sinir sistemini hədəf alaraq, neyronların effektiv əlaqəsini təmin edən xəbərləşmə prosesinə mane olur.

Funksiyası
Botulinum toksin insana məlum olan ən güclü zəhərlərdən biridir. Alimlər həsablayıb ki, 1 qr botulinum toksin 1 milyon insan, bir neçə kq botulinum toksin isə yer üzündəki bütün insanların ölümünə səbəb ola bilər. Yüksək miqdarda botulinum toksin botulizmə- insan həyatını təhlükəyə atan ciddi xəstəliyə səbəb ola bilər. Müalicə olunmamış botulizm isə tənəffüs çatışmazlığıvə ölümlə nəticələnə bilər. Botulinum toksinin belə zəhərli olmasına baxmayaraq, botoksa tələbat çoxdur.Bütün bunlara baxmayaraq, botulinum toksinin çox qiymətli müalicəvi protein olduğu sübut olunmuşdur.Botulinum toksin insana çox cüzi miqdarda inyeksiya olunur və funksiyası sinir hüceyrələrindən gələn siqnalların əzələlərə çatmasının qarşısını almaq, yəni onları qısamüddətli iflic etməkdir.Əzələlərin dartılması üçün sinirlərsinir ucları və əzələ hüceyrələrinin qovşağında asetilkolin adlı kimyəvi daşıyıcı ifraz edir. Asetilkolin əzələ hüceyrələrindəki reseptorlara birləşərək əzələlərin yığılmasını və boşalmasını təmin edir.Botoks yeridildiyi nahiyədə asetilkolinin ifrazına mane olaraq əzələlərin yığılmasının qarşısını alır. Botulinum toksin əzələlərin sərtliyini azaldaraq həm də onların normadan artıq yığılmasını azaldır.

Tətbiqi
Botoks əsasən qırışların və üz cizgilərinin ortadan qaldırılmasında tətbiq olunur. Estetik müdaxilələrdən başqa botoks həm də çəpgözlük, həddindən artıq tərləmə, migren, sidik qaçırma kimi bir çox tibbi komplikasiyalarda da istifadə olunur.Botulinum toksin hal-hazırda 20-dən artıq tibbi problem zamanıistifadə olunur və botoksun müxtəlif vəziyyətlər üçün istifadəsi ilə bağlı araşdırmalar aparılır. Botulinum toksin hal-hazırda aşağıdakı hallarda tətbiq olunur:
Blefarospazma, boyun və çiyin əzələlərinin qıcolması, xroniki miqren, hiperhidroz, strabismus (çəpgözlük), iflic sonrası yuxarı ətrafların spazmı, qeyri-iradi sidik ifrazı, üzün bir tərəfli qıcolması, qaşların arasındakı qırışlar, gözətrafı qırışlar

Botulinum toksinin göstərişdən kənar istifadəsi:
Udqunma çətinliyi, anal çatlar və anismus, sialoreya (ağız suyunun hədsiz ifrazı), allergik rinit, anal sfinkterin disfunksiyası, serebral iflic, çeynəmə əzələlərinin spazmı,disfoniya.

Botulinum toksin bu adlar altında satışdadır:
Botox, vistabel, botox cosmetic (OnabotulinumtoxinA or botulinumtoxin type A); Dysport (AbobotulinumtoxinA or botulinumtoxin type A); Bocouture, xeomin,(IncobotulinumtoxinA or botulinum toxin type A); Myobloc (RimabotulinumtoxinB or botulinum toxin type B)ProsedurProsedur botulinum toksin tozunun məhlulda həll olunması vəbirbaşa sinir-əzələ toxumasına yeridilməsi ilə baş tutur. Botoks 24-72 saat ərzində öz effektini göstərir. Çox nadir hallarda botulinum toksinin tam təsir göstərməsi 5 gün çəkə bilər. Botulinum toksinin hamiləlik və laktasiya dövründə, preparata və ya tərkibindəki komponentlərə qarşı həssaslığı qeydə alınan şəxslərdə istifadəsi yolverilməzdir.

Risklər və əks təsirlər:
Botulinum toksin inyeksiyaları əsasən zərərsizdir və əks təsirləri azdır. Çox nadir hallarda insanlarda dərmana qarşı zəif gözlənilməz reaksiyaya səbəb olangenetik meyillilik mövcud olur.A tipli botulinum toksin qəbul edəninsanların təxminən 1 faizi preparata qarşı immunitet qazanırlar və bu da növbəti prosedurların nəticəsiz olmasına gətirib çıxarır. Botulinum toksin bəzən istənməyən effektlər də verə bilər:
İnyeksiya nahiyəsində yüngül ağrı, ödem (şiş), eritema (qızartı); uyuşma; baş ağrısı; diskomfort; yüngül ürək bulantıları; müvəqqəti zəiflik və ətraf əzələlərin müvəqqəti iflici; üst dodağın və ya qaşın müvəqqəti olaraq aşağı sallanması; alt göz qapağının və ya lateral rektusun (gözün hərəkətini təmin edən əzələ) zəifləməsi; disfogiya; boyunun zəifləməsi; qripəbənzər xəstəliklər; braxial pleksus zədələnmələri; öd kisəsinin disfunksiyası; diplopiya (bir şeyin 2 dənə görünməsi); qanaxma; bulanıq görmə; görmə qabiliyyətinin zəifləməsi; ağızın quruluğu; yorğunluq; övrə (urtikariya- dərinin allergik səpməsi); səpgilər; xırıltı; şişginlik.Botulinum toksinin kütləviliyi artmağa davam edir. A tipli botulinum toksin prosedurları 2000-ci ildən bəri 700 faiz artaraq 2013-cü ildə 6.3 milyona çatmışdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 762
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
botoks cox zererlidir insani kkor bile eliye bilir
18 iyun 2018 16:12
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Botoks cox zererlidir.Men istifade etmerem.Botoksdan sonra deri deformasiya olur
17 iyun 2018 19:20
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri