Lazer epilyasiyası onun növləri, insan orqanizminə ziyanı

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1361
Səs ver:
(səs: 0)
Lazer epilyasiyası nədir?
- Lazer epilyasiyası anadan gəlmə, həm də sonradan qazanılmış tüklərin, yaxud hər hansı hormonal pozğunluğun nəticəsində meydana çıxan tüklənmənin qarşısını almaqdır.

Lazer epilyasiyasının hansı növləri var?
- Hazırda epilyasiyanın aleksandrit, diodlu lazer növləri mövcuddur. Diodlu lazer həm sarı, həm də qara tükləri aradan qaldırır. Lakin aleksandrit lazer əsasən cod tükləri yox edir. Lazer epilyayasiyası zamanı köməkçi metodlar kimi ultrasəs və enzim prosedurlardan da istifadə edilir. Lazer epilyasiyası sağ soğanağının işıq şüaları vasitəsilə məhv edilməsidir. İstifadə olunan dalğa uzunluğu ultrabənövşəyi şüalara malik deyil. Həmin dalğa uzunluğu işıq spektrinə aiddir və buna görə də tamamilə zərərsizdir. Əgər lazer epilyasiyası qeyri-professional şəkildə aparılıbsa, o zaman dəridə müəyyən yanıqlar əmələ gələ bilər. Amma nəzərə almaq lazımdır ki, lazer epilyasiyasının effektivliyi tükün qalınlığından da asılıdır.

Əməliyyatlar nə qədər çəkir?
- Lazer epilyasiya əməliyyatı tətbiq edilən bölgənin genişliyinə görə dəyişir.

Neçə seansdan sonra tüklərin çıxması dayanır?
- Prosedurun sayı fərqlidir, yəni o, bədənin hissəsindən, yaşdan və hormonal fondan asılıdır. 1 və ya 2 il ərzində tüklərin tamamilə aradan götürülməsi mümkündür. Amma elə adamlar da var ki, istədiyi nəticəni 6-7 seansdan sonra əldə edir.

Əsasən hansı mövsümdə lazer epilyasiyası etdirmək daha məqsədəuyğundur?
- Lazer epilyasiyası əməliyyatını havaların hələ çox istilənmədiyi və günəşin özünü tez-tez göstərmədiyi aylarda etdirmək daha məqsədəuyğundur. Kəskin günəş şüaları dəriyə əks təsir göstərib onu yandıra bilər.

Lazer müalicələrindən sonra günəşə çıxmaq təhlükəlidirmi?
- Yay mövsümündə lazer epilyasiyasına gələnlər 1 həftə ərzində kəskin günəş şüalarından uzaq durmağa çalışmalıdır. Hara getdiklərindən asılı olmayaraq, çantalarında günəşin ultrabənövşəyi şüalarından qoruyan SPF tərkibli krem gəzdirməyi məsləhət görürəm.

Hamilə qadınların lazer epilyasiyası əməliyyatına müraciət etməsi nə dərəcədə düzgündür?
- Hamilə qadınların epilyasiya prosedurundan istifadə etmələri məsləhət deyil. Mən həkim dermatoloq və kosmetoloq kimi heç bir hamilə qadını qəbul etmirəm. Əslində 9 ay ərzində və süd verən müddətdə olmaz. Uşağın inkişafına mənfi təsir göstərə bilər, həm də epilyasiya prosesi tam ağrısız olmadığından hamilə qadınlar bu kimi stressdən uzaq dayanmalıdırlar.

Menstruasiya dövründə lazer epilyasiya etdirməyə icazə varmı?
- Ciddi bir ziyanı yoxdur, lakin ağrı olduğuna görə, olmaz. Ya 3 gün əvvəl, ya da menstruasiyadan 3 gün sonra gəlmək olar.

Əməliyyat keçirmiş bir xəstə lazer epilyasiyasına gələ bilər?
- Təəssüf ki, salonların çoxunda əməliyyatdan yeni çıxmış xəstələri də qəbul edirlər. Lakin 3 ay tamam olmamış lazer epilyasiyası etdirmək olmaz.

Lazer epilyasiyası zamanı ağrı hiss olunur?
- Ağrı çox yüngül olur. Həm də artıq soyutma sistemi var və o ağrını hiss etməyə qoymur.

Nə qədər vaxtdan sonra duş qəbul etmək olar?
- Yaxşı olardı ki, bir gün ərzində duş qəbul etməsinlər.

Əməliyyat sonrası losyon-krem, ya da dərman istifadəsi lazımlıdırmı?
- Qızartı meydana gəldiyi təqdirdə qoruyucu və bərpaedici kremlərdən istifadə edilə bilər. Ümumiyyətlə, üzə, bədənə krem və lasyon çəkmək məsləhət görülmür. Çünki qızartının və səpkilərin. Meydana gəlməsinə səbəb olar.

Lazer epilyasiyasının zərərləri və əks göstəriciləri varmı?
- Lazer tətbiqləri çox vaxt radiasiya kimi qəbul edilir və zərərli təsir edər meydana gətirə biləcəyi düşünülür. Halbuki lazer ilə radiasiya arasında bir əlaqə yoxdur. Lazer tətbiqi əsnasında dəri altındakı təbəqə və orqanlara hər hansı bir təzyiq göstərdiyinə dair bir təsir müşahidə olunmayıb. Lazerlə bədəndə ancaq ət kökü səviyyəsinə qədər çatıla bilər. Lakin hər hansı bir xəstəlik varsa və bilmədən lazer epilyasiyasına müraciət edərlərsə, zərərləri yarana bilər. Bunlara şiş xəstəlikləri aid edilir. Lazer epilyasiyası onların daha da böyüməsinə səbəb ola bilər. Buna görə də, gəlməzdən əvvəl konsultasiya aparıb hansı xəstəliklərin olduğunu öyrənmək lazımdır. Əgər antibiotik qəbul edirsə, lazer epilyasiyası qətiyyən olmaz. Müalicədən 2 həftə sonra gəlmək olar.

Lazer epilyasiyasını bədənin hər yerində tətbiq etmək olar?
- Bədənin hər yerində olar, amma dərini yandırmamaq şərti ilə ayrı-ayrı dozalarda. Konsultasiya zamanı fibroma, mioma kimi xəstəliklər aşkarlanmayıbsa, genital bölgələrdə də etmək olar və çox gözəl nəticələr əldə edilir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1361
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
lazimli xeber oldu

lazimli xeber oldu
29 iyun 2018 20:26
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Sabah Uykum
Qiz vaxti eletdirirdim.indi ama yox..cox gozel bir usuldu.
29 iyun 2018 16:11
3

Sırf bir gün dəyər verilib
Qiymətin bilinər deyə hər gün
Özünü fəda etmə....
Unutma;bir dəfə etdiyini görməyən
Hər gün etdiyini Borcun Zənn Edər..
Offline
❤Nilay❤Canan❤
Xebere gore tsk.eledirmemisem indiye kimi
29 iyun 2018 16:10
2
canan qizim sirin seker qizim.
Offline
BARBI
Mende etdirirem.Heleki zererini gormemisem.Cox asanddir
29 iyun 2018 13:34
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri