Doğuşdan sonra sinənin formasını necə bərpa etmək olar

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 5 043
Səs ver:
(səs: 0)
Səbirsizliklə gözlənilən körpə dünyaya gəldikdən sonra ananın orqanizmində müxtəlif dəyişikliklər baş verir. Bəzi dəyişikliklər sevindirməyə bilməz, məsələn, qadının bədəni daha cazibədar olur. Lakin hamiləlik zamanı sinə elastikliyini itirir və sallanır. Əgər vaxtında müvafiq tədbirlər görülməsə, sinənin görünüşü eləcə də qalacaqdır. Məqalədə biz doğuşdan sonra sinənin formasının bərpasına yardım edən tədbirlərdənbəhs edəcəyik.Hamiləlik zamanı sinə necə dəyişir?Qadının sinəsi seksual cazibədarlıqdan əlavə, körpəni yedizdirmək kimi əsas funksiya daşıyır. Buna görə də məhz hamiləlik dövründə bir sıra dəyişikliklərə məruz qalır. Yanlış fikir var ki, süd vəziləri əmizdirməyə görə korlanır və sallanırlar. Əslində isə süd vəzilərində əsas dəyişikliklər laktasiya dövründə deyil, hamiləlik zamanı baş verir.Sinə vəzi hissələri, əzələ karkası və piy toxumalarından ibarətdir. Hamiləlik zamanı vəzi hissələri xeyli böyüyür, əzələlər ağırlıqdan dartınır və nazilir, möhkəm əzələ karkası süd kanalları və piy toxuması sayəsində yumşalır və boşalır.Hamiləlik və əmizdirmə zamanı bu dəyişikliklər bir o qədər nəzərə çarpmır, yalnız sinənin həcmi artır, bu isə sevindirir.
Lakin sonra süd ifrazı kəsildikdə vəzi hissələri kəskin şəkildə kiçilir, döş boşalır, əzələ karkası isə yumşaq qalır və artıq əvvəlki formanı saxlaya bilmir. Bundan əlavə, dəri də dartılır.

Əmizdirmə dövründə sinənizə düzgün qulluq edin

1. Geniş bretelli rahat bustqalter geyinmək. Bretellər çiyini kəsməməli, bustqalter isə sinəni yaxşı saxlamalıdır ki, döşlər sallanmasın və qamətinizi korlamasınlar.

2. Körpəni əmizdirdikdə fikir verin ki, süd vəziləribərabər boşalsınlar. Bunun üçün döşlərinizi uşağa sıra ilə verin.

3. Əllə döşü sıxıb südü çıxarmayın. Bu südün ifrazının artmasına səbəb olur, həmçinin əllə sıxmaq daxili toxumaları zədələyir və əzələləri dartır. Körpəni tez-tez əmizdirsəniz və ya süd çıxarmaq üçün xüsusi cihazdan istifadə etsəniz, daha yaxşı olar.

4. Südün yığılıb qalmasına imkan verməyin, bu sinənin daha da çox dartılmasınasəbəb olacaq.Su prosedurları və masajKontrast duş və yağlarla masaj doğuşdan sonra sinənin formasını bərpa etməyə və dartılmanı azaltmağa yardım edəcək. Bunu əmizdirmə dövründə də etmək olar, lakin çox da intensiv şəkildə deyil. Kontrast duş dəri hüceyrələrində maddələr mübadiləsini stimullaşdırır, qan axınının sürətləndirir, nəticədə dəri daha elastik olur. Əmizdirmə dövründə çox soyuq və yaçox qaynar su tətbiq etməyin. Kontrast yüngülvari olmalıdır. Qaynar su südün ifrazınasəbəb ola bilər. soyuq sudan isə xəstələnmək mümkündür.Masaj ya duş qəbulu zamanı, ya da duşdan sonra dəri hələ yumşaq olduqda edilir. Əmizdirmədövründə diqqət edin ki, hərəkətliriniz kəskin və sərt olmasın, çox sıxmayın. Sərt hamam lifigötürün və duşun altındahər döşü dairəvi hərəkətlərlə ehmalca masaj edin.Yağlar və nəmləndirici vasitələrSu prosedurlarını bitirdikdən sonra dəriniziqurulamağa tələsməyin. Əlinizə bir qədər zeytun yağı tökün və yenə dairəvi hərəkətlərlə masaj edin. Həmçinin başqa yağlardan və xüsusi kremlərdən istifadə edə bilərsiniz. Lakin seçdiyiniz vasitənin sizə uyğun olubolmamasına fikir verin, çünki bəzi vasitələri laktasiya dövründə istifadə etmək olmaz. Vasitələr məməcik və məmə dairəciyinə düşməməlidir. Yağlara qarşı allergiyanın olmamasında əmin olun. Bu cür masaj üçün badam, avokado, sitrus meyvələri, lavanda, şaftalı və ya üzüm çəyirdəyinin yağlarından istifadə etmək olar.

Efir yağını təmiz halda istifadə etmək olmaz:
bir neçə damcını əsas yağa, məsələn, zeytun yağına əlavə etmək olar. Ətirli vasitələrdən yalnız laktasiya bitdikdən sonraistifadə etmək olar.

Sinə dərisi üçün bəsləyici maskalar

100 q yağlı kəsmiyi yumurtanın ağı ilə qarışdırın və bir neçə damcı qreypfrut və ya ətirşah yağı əlavə edin. Həmçinin istənilən sitrus meyvələrinin efir yağları da uyğun olacaq. Alınan qatışığı döşlərin dərisinə çəkin və 20 dəqiqə saxlayın. Çalışın məməcikvə məmə dairəciyinə toxunmayasınız.

2 x.q. xırdalanmış yulaf lopalarının üzərinə bir stəkan qaynar su tökün və 20 dəqiqə saxlayın. Soyumuş sıyığı sinənizə çəkin, quruduqdan sonra isti su ilə yuyun.

Sinə üçün idman hərəkətləri
Doğuşdan sonra sinə üçün idman hərəkətlərinin böyük rolu var. Həmçinin qamətiniz düz deyilsə və bel əzələləriniz zəifdirsə, sinəniz cəzbedici formaya malik olmayacaq. Buna görə çətin olmayan idman hərəkətlərinə ehtiyac var.

Döşəmədən çəkinmə (jim)hərəkətləri sinə əzələlərini yaxşı bərkidir.Əgər döşəmədən çəkinə bilmirsinizsə, əvvəl divardan başlayın, sonra divan və çarpayıya dayaqlanın. 2-3 yanaşmailə 10-12 dəfə çəkinin. Əzələlər süd vəzilərini qaldırır və sinə daha böyük görsənir.

Qarın üstə uzanın, əllərinizi bədən boyunca uzadın, bədənin yuxarı hissəsini qaldırın. 10 dəfədən başlayın və sayı 20-25 qədər artırın. Bu hərəkət bel əzələlərini möhkəmləndirəcək və qamətinizi düzəldəcək.

Əllərinizi sinə səviyyəsinə qaldırın və ovuclarınızı bərk sıxın.
Yavaş-yavaş beşə qədər sayın və bir neçə saniyəyə əzələləri boşaldın. 15-20 dəfə təkrarlayın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 043
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri