Bədən Şəkilləndirmə əməliyyatı

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 675
Səs ver:
(səs: 0)
Analıq, hər qadının dünyada yaşaya və dadmaq istədiyi ən gözəl duyğulardan biridir. Hər qadının xəyallarını bəzəyən hamiləlik dövrü və balasını ilk qucağına alışı ağıllardan silinməz. Körpənin artıq böyüməsi ilə birlikdə qadının hamiləlik əsnasında bədənində olan dəyişikliklər və şiş geriləməyə başlar. Bəzi qadınlar genetik bədən quruluşuna bağlı qısa müddətdə köhnə formasını geri qazanar ancaq bəzi qadınların bədən quruluşu buna uyğun deyil. Qarın bölgəsində olan yağlanma, sallanma və çatlar əmələ gəlir və qalıcı olur.

Zaman içində verilən kilolar və sallanmalar körpəsinə baxan ana üçün çoxlu stress yarada bilər və özünə inamsızlığa belə səbəb ola bilər. Daha dərin vəziyyətlərdə qadınlar depressiyaya belə girə bilər. İndiki vaxtda edilən cərrahi xidmətlərlə bu cür və bənzəri problemlərə plastik cərrahlar bütün bədən şəkilləndirmə əməliyyatları ilə köməyə tələsir.

Bədən şəkilləndirmə əməliyyatı nədir?
Bəzi hallarda edilən diyetlər və idman xarici görünüşün istənilən ölçülərə gəlməsinə köməkçi olamaya bilir. Belə vəziyyətlərdə bədən şəkilləndirmə əməliyyatları,kombinə əməliyyatlar tətbiq edılərək bədəni yenidən şəkilləndirib formaya salmaq mümkündür.

Bədən şəkilləndirmə əməliyyatları hansı əməliyyatlar ilə kombinə edilir?
Doktor ilə edilən görüş sonunda pasiyentə görə ən uyğun əməliyyatlara qərar verilir. Bütün bədən şəkilləndirmə əməliyyatları Protezli və ya protezsiz məmə dikləşdirmə, qarın gərmə, bud gərmə, Liposuction (yağ alma) kimi əməliyyatlar ilə kombinə edilir.

Bədən şəkilləndirmə əməliyyatları neçə seansda edilə bilər?
Bu əməliyyat ümumiyyətlə bir seansda tamamlanır. Həkiminiz lazım bilsə ikinci bir seans daha edilə bilər.

Bədən şəkilləndirmə əməliyyatları ən erkən nə zaman edilə bilər?
Doğum sonrasında bədənin özünü toparlaması ümumiyyətlə bir ilə qədər sürər. Bu müddət içərisində döş və qarın toxumaları köhnə formasına dönməyə başlar, zəifləmə və yığışma müddəti tamamlanmış olur. Həkiminiz əgər qərar versə, bütün bədən şəkilləndirmə əməliyyatının edilə bilməsi üçün ən azından əmizdirmə dövrünün bitmiş olması məsləhətdir.

Əmizdirmə sonrası kiçilən sinələrə nə kimi bir əməliyyat tövsiyə edilir?
Hamiləlik dövrünə nisbətən daha böyük olan məmələr əmizdirmə səbəbi ilə zaman içində boşalmağa başlayır. Genişlənmiş dəri zaman içində elastikliyini toparlamadığı üçün sallanmağa başlar. Bu şikayətlərdən xilas olmaq üçün bütün bədən şəkilləndirmə əməliyyatından olan məmə böyütmə və ya dikləşdirmə əməliyyatı tətbiq olunur.

Əmizdirmə sonrası məmə toxuması kifayət edirsə necə bir üsul əməliyyat oluna bilər?
Əgər xəstənin kifayət qədər məmə toxuması varsa yalnız kiçiltmə digər adı ilə toparlama əməliyyatı tətbiq olunur. Yalnız döş başı ətrafında və şaquli şəkildə döşaltına doğru görülən çapıq (yara izi) olar ki, buda zaman içərisində itib bilinməz hala gələr. Amma məmə toxuması həkiminiz tərəfindən kafi görülməz isə silikon protez istifadə edilməsi tövsiyə edilir.

Növbəti doğum sonrası təkrar süd verılə bilərmi?
Bədən şəkilləndirmə əməliyyatlarında həkim pasiyentı ilə birlikdə hərəkət edər. Xəstənin başqa tələbi olmadığı müddətcə süd kanalları kəsilməz.

Bədən şekillendireme əməliyyatında qarın gərmə əməliyyatı necə tətbiq olunur?
Xüsusilə doğum sonrası bəzi qadınlarda həddindən artıq dəri və yağ sallanmaları meydana gələ bilər. Qarın divarına gərginlik verən və daxili orqanların xaricə doğru şişməsini önləyən əzələlər,olması lazım olduğundan çox daha zəifləyər. Həkimin edəcəyi əməliyyat sonunda göbək dəliyi altında qalan sallanan,çatlaq dəri və yağ toxumaları çıxarılır, qarın bölgəsi və divarındakı əzələ toxuması gərginləşdirilər.

Qarın gərmə əməliyyatı əsnasında göbək yerini dəyişirmi?
Bədən şəkilləndirmə əməliyyatları böyük əməliyyatlar arasında sayılmaqdadır. Ümumiyyətlə qarın əzələlərin çoxu gerginleştirildiyi üçün və göbək altında olan dəri alındığı üçün göbək dəliyin yeri yenidən müəyyən edilir.

Sezaryen sonrası bədən şəkilləndirmə əməliyyatı tətbiq oluna bilərmi?
Bəli, tətbiq edilir. Amma bədən normal formasına dönənə qədər gözlənilməsi tövsiyə edilir. Armud böyüklüyündə olan uşaqlıq hamiləlik dövründə basket topu böyüklüyünə çatır. Bədən və orqanlar normal ölçülərinə və yerlərinə geri dönməsi ən azı 45 gün davam etməkdədir.

Bədən şəkilləndirmə də budların korreksiyası nəyi əhatə edir?
Normal doğum sonrası bəzi hallarda vajinada deformasiyalar görülə bilər. Hal-hazırda tətbiq olunan texnikalar sayəsində böyük və ya kiçik dodaqlarda olan sallanma və digər estetik problemlərin həlli var. Qasıq nahiyyəsi Liposuction (yağ alma) ilə zəiflədilir, liposculpture ilə şekillendirilir. Bəzi hallarda böyük və kiçik dodaqlara yağ injection olunaraq vəya digər plomb maddələri ilə şekillendirmək mümkündür.

Bədən şəkilləndirmə əməliyyatlarında Liposuction (yağ alma) olunurmu?
Doğum sonrası bədənin bəzi bölgələri həddindən artıq yağlanır və ya öncədən var olan yağlanma itməz. Qarın, bel, omba, joker bölgəsi, diz iç qisimi xüsusilə yağlanmağa uyğun olan və ən son əriməyə başlayan bölgələrdir. Ciddi idman belə nəticə verməz və hətta maddələr mübadiləsini belə poza bilər. Bədən şəkilləndirmə əməliyyatında istifadə olunan Liposuction (yağ alma) ilə gözəl nəticələr alına bilir..

Liposuction (yağ alma) əməliyyatında nə edilir?
Yağ alma əməliyyatı bir zəifləmə metodu olmamaqla birlikdə kontur düzəltmə əməliyyatıdır. Yağ alınarkən eyni zamanda bədənin xəttləri formalaşdırılır. Şəkilləndirmə əməliyyatı üçün mənfi təzyiqli bir vakuum istifadə olunur.

Bədən şəkilləndirmə əməliyyatında hansı anesteziya istifadə edilir?
Kombinə əməliyyatlarda mütləq ümumi anesteziya tətbiq olunmalıdır.

Bədən şəkilləndirmə əməliyyatı sonrası xəstəxanada qalmağa ehtiyac varmı?
1 və ya 2 gecə xəstəxanada qalmaq məsləhət görülür.

Bədən şəkilləndirmə əməliyyatı sonrası xəstələr nə zaman normal həyata başlaya bilərlər?
Evə yazıldıqdan sonra 1 həftə evdə istirahət etmək lazımdır. Ümumiyyətlə 15 gündən sonra normal həyata dönmək mümkündür.

Bədən şəkilləndirmə əməliyyatı sonrası nə zaman idmana başlamaq olar?
15 gün sonra gəzintiyə başlanır. 6 həftə ağır idmandan qaçınmaq məsləhətdir.

Bədən şəkilləndirmə əməliyyatı nə qədər sürər?
Bu əməliyyatlar, xəstədə olunacaq əməliyyatın planına görə 4-7 saat davam edən əməliyyatlardır.

Bədən şəkilləndirmə əməliyyatını kimlərə oluna bilər?
Xüsusilə çox kilo aldıqdan sonra qarını,süd vəziləri, ayaqları və ya qolları sallanmış, bədənində həddindən artıq piylənməsi olan,diabeti olmayan, ürək və ağciyərlərində problem olmayan xəstələrimizə bu əməliyyatı etmək mümkündür.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 675
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
bu cur problemim yoxdur
11 avqust 2018 21:51
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Sukur beden olculerim idealdir.Bu emeliyatlar agirdir.Hec vaxt risk etmerem
11 avqust 2018 20:48
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Son Bahar
Mənə görə ən agır əməliyyatlardandı.Həmdə narkozdan sonrası dəhşət ağrılı olurmuş.Yenədə ehtiyac varsa pis baxmıram elətdirmək gərəkdir.Mənimsə bədən ölçülərim məni qane edirkivir

Bu haqda məlumatım olmağı cox yaxşı oldu...sevirəm tibbi məlumatlar almağı.
Təşəkkürlər.
11 avqust 2018 20:34
2
Offline
_Mrs_
Fikrimce cetin ve agrili emeliyat olar.
11 avqust 2018 18:28
1
İt yatıb at kölgəsində,elə bilir öz kölgəsidirwink

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri