Ayaq şəkilləndirmə əməliyyatı (Calf implant)

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 121
Səs ver:
(səs: 0)
Ayaq şəkilləndirmə estetiki son zamanlarda tez-tez gündəmə gələn bir mövzudur. Ayaqlarda olan əyriliklər, topuq ətrafı və diz yanlarındakı yağlar və hətta ayağın həddindən artıq incə və ya qalın olması pəhriz ilə həll edilə biləcək problemlər deyil. Ətrafımızda yalnız bu səbəbdən bəzi qadınların etek paltarlar geymədiyi də bilinməkdədir.

Ayaq şəkilləndirmə estetiki qadınların psixoloji vəziyyətlərinin də müsbət istiqamətə dəyişməkdədədir. Artıq könül rahatlığı ilə istədikləri etekləri geymə azadlığına sahib olacaqlar.

Ayaq şəkilləndirmə estetikasında tətbiq olunan üsullar hansılardır?
Üsullar içərisində implant (calf implant), Liposuction və yağ injection tətbiq olunmaqdadır. Bu üsullar pasiyentə görə bəzən tək başına, bəzən də birlikdə tətbiq olunur.

Ayaq şəkilləndirmə estetiki hansı hallarda tətbiq edilir?
Diz altı bölgəsi ilə diz üstü bölgəsi arasında qalınlıq fərqi görülürsə, hər iki ayaq arasında qalınlıq və ya forma fərqi görünursə, ayaqlarda əyrilik söz mövzusu isə ayaq şəkilləndirmə estetiki bu cür çətinlikləri aradan qaldıra bilir.

Ayaq şəkilləndirmə estetikasında hansı implantlar istifadə olunur?
Bəzi ayaq şəkilləndirmə estetiki əməliyyatlarında daha yaxşı nəticə əldə etmək üçün həm Liposuction həm də implant (calf implant) tətbiqi birlikdə həyata keçirilir. Ayaq şəkilləndirmə estetikində istifadə olunan implantlar (calf implant) eynilə məmə böyütmə əməliyyatlarında istifadə olunan protezler kimi silikondan ibarətdir. Orqanizmə heç bir zərəri olmadığı kimi həyat boyu da bədəndə qala bilər.

Hansı anesteziya istifadə olunur?
Ayaq şəkilləndirmə estetik əməliyyatları spinal, epidural və ümumi anesteziya altında həyata keçirilir.

İmplant üsulu necə olunur?
Ayaq şəkilləndirmə əməliyyatlarında dizin arxa iç qisimində, tam diz arxasında olan dəri xəttlərinə bərabər gələn 3 smlik bir kəsik olunur. Təyin olunmuş bölgəyə daha əvvəldən hesablanmış olan cib yaradılır və implant yerləşdirilir.

Əməliyyat nə qədər davam edir?
Ayaq şəkilləndirmə estetiki əməliyyatı təxminən bir saat davam edir.

Əməliyyat sonrası nələrə diqqət edilməlidir?
Tikişlər gizli tikiş olduğundan alınması lazım deyil. Əməliyyat sonrası xəstələrin 2 həftə qədər varis corabı geyinməsi məsləhətdir. Ayaq şəkilləndirmə estetikindən sonra xəstələrin bir həftə evdə istirahət etməsi məsləhətdir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 121
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri