Çənə və Yanaq Şəkilləndirmə əməliyyatları

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 721
Səs ver:
(səs: 0)
Çənə forma qüsurlarında ortaq xüsusiyyət, maloklüzyon yəni dişlərin bağlanmasının tam olmamasıdır. Normalda alt və üst dişlər bir-birləriylə təmas halında və üst çənənin ön dişləri alt dişlərə görə çox az öndədir. Oklüzyon pozulduğu zaman , dişlər arasındakı təmas da pozular və aralarında bir açıqlıq meydana gələr. Bu açıqlıq məsafəsi artdıqca forma qüsurunun ağırlıq dərəcəsi də artır. Bu açıqlıq eyni zamanda yumşaq toxumalara və üzün şəklinə də təsir edərək estetik olamyan görüntüyə səbəb olur. Deformasiyaların müalicəsində cərrahi yanaşma dişlərin normal mövqelərinə, bir-birləriylə təmas edəcək şəklə gətirilməsinə yəni normal oklüzyonun təmin edilməsinə yönəlmişdir. Xüsusilə ön alt və üst dişlərin arasının açıq olması kəsici dişlərin funksiyasını pozur və xəstə yemək yeyərkən kəsici dişlərini istifadə edə bilmir.

Oklüzyon pozuqluğunun meydana gəlməsində əsas səbəb alt çənəyə, üst çənəyə və ya hər ikisinə bağlı ortaya çıxa bilər. Çənə normaldan daha az inkişaf edərək kiçik ölçüdə ola bilər ki bu vəziyyətə retrogeni adı verilir. Bunun tam tərsi olan vəziyyətdə isə çənə normaldan daha çox inkişaf edərək önə doğru çıxar. Buna isə prognati deyilir.Əsas səbəbin nə olduğunun müəyyən olunması üçün "sefalometrik analiz" deyilən bir araşdırmanın tətbiq olunması lazımdır. Bu araşdırmada baş və üz sümüklərinin bucaq əlaqələri analız olunaraq normadan nə qədər kənara cıxdığı hesablanır. Bunun nəticəsində anormal vəziyyətin üst çənəyəmi, alt çənəyəmi, ya da hər ikisinəmi aid olduğu müəyyənləşdirilir. Sefalometrik analiz xaricində çənə sümük strukturlarının yumşaq toxumasının xüsusiyyətləri də araşdırılır. Daha sonra alt və üst çənənin gips qəlibləri hazırlanaraq gips model üzərində hansı səviyyədə kəsik ediləcəyi planlaşdırılır. Bu planlamadan sonra qərar verilir və xəstə ilə görüşülərək əməliyyatın necə aparılacağı izah olunur.

İstərsə üst çənə, istərsə də alt çənə əməliyyatından əvvəl ağız içindən ediləcək kəsiklər seçim edilir. Ancaq bəzi hallarda xaricdən kəsik oluna bilər. Bu vəziyyətdə kəsiyin haradan ediləcəyi,nə qədər iz qalacağı,xəstə ilə görüşülərək ona izah edilməlidir.

Əməliyyat metodları
Yalnız dişlərin forma qüsurlarına bağlı maloklüzyon vəziyyətlərındə diş həkimi tərəfindən ortodontik müalicə tətbiq olunaraq dişlərin oklüzyonu korreksiya oluna bilər. Mikrognati yəni çənənin normaldan kiçik olması vəziyyətində isə çənə sümüyü uyğun yerlərdən kəsilərək önə doğru gətirilir və əmələ gələn deferktə isə bədənin başqa yerlərindən alınan sümük toxuması nəql olunur. Çənənin həddindən artıq böyüməsi prognati vəziyyətində isə uyğun yerlərdən sümük toxuması kəsilərək çənə geriyə doğru daşınır.

Əməliyyatdan sonra
Əməliyyat sonrası sümük kəsilərsə sağalma tam bitənə qədər(6 həftə) alt və üst çənə-birinə elastik təsbit ilə təmas halında tutulur. Bu fiksasyonun məqsədi, sümükdəki kəsik yarası yaxşılaşana qədər parçaların hərəkətsiz olaraq qalmasını və ayrıca dişlərin davamlı təmas edərək normal oklüzyonun davamını təmin etməkdir. Müddətin sonunda kontrol rentgen filmləri çəkilərək yaxşılaşmanın kafi olub olmadığı yoxlanılır. Kafi isə təsbit çıxarılır. Kafi deyil isə bir müddət daha təsbit saxlanılır. Əməliyyat ümumi anesteziya altında həyata keçirilir. Təsbit müddətində xəstə dişlərin yan tərəfindən sulu qidalarla qidalanır. Bu müddət içində hər bəslənmədən sonra ağız içinin qarqara solüsyonları ilə təmizlənməsi,dişlərin sağlamlığı və ağız gigiyenik qorunması cəhətdən əhəmiyyətlidir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 721
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri