Xoruldama və Yuxu boğulmaları

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 417
Səs ver:
(səs: 0)
Xalq arasında xoruldama olaraq bilinən obstructive yuxu apnesi (OUA), yuxu əsnasında nəfəs alma funksiyanın bir müddətlik dayanması və bu sırada bədənin tənəffüs üçün normaldan çox səy göstərməsidir. Obstructive yuxu apnesi problemi yaşayan insanlarda tənəffüs yolunda hava axınının axsamasına hətta dayanmasına səbəb olan maneənin boğazda olduğu düşünülür.

Obstructive yuxu apnesi kimlərdə rast gəlinir?
Xəstə profili ümumiyyətlə həddindən artıq kilolu, orta yaşda və xoruldayan kişilərdir. Xəstənin özü yuxu əsnasında olan boğulmaları çox hiss etməz. Yanındakı yatan adam görür və hiss edər.

Obstructive yuxu apnesinin əlamətləri hansılardır?
Problemin əlamətləri gündüz saatlarında mürgüləmə, səhərlər baş ağrısı, yüksək təzyiq problemi, bəzən şəxsiyyət dəyişiklikləri və kimilərində ürək ritmində dəyişiklik olaraq sıralana bilər.

Obstructive yuxu apnesi xəstəlik sayılırmı?
Əslində ciddi bir xəstəlikdir. Trafik qəzaların səbəbləri arasında əhəmiyyətli nisbətində sürücülərdə yuxu apnesi olduğu təxmin edilir. Bu profil xəstələrdə ürək çatmazlığı, iflic ehtimalının da yüksək olduğu düşünülməkdədir

Obstructive yuxu apnesi necə diaqnozlaşdırılır?
OUA diaqnozu, bir yuxu çalışması ilə ortaya qoyular. Müalicə planı isə adama xüsusi olaraq, yuxu çalışması nəticələri toplanaraq və müayinə tapıntılarına görə tənzimlənir.

Obstructive yuxu apnesi necə müalicə edilir?
OUA diaqnozu qoyulduqdan sonra dörd təməl müalicə seçimi var:


Yuxu apnesini artıran faktorların (spirt, sakitləşdirici dərman istifadəsi kimi)tapılıb təyin olunması və önlenmesi ilə birlikdə kilo vermə;

Dərman müalicəsi;

CPAP və BiPAP adı verilən, yuxu əsnasında ağız və ya burun üzərinə yerləşdirilən cihazlarla;
Cərrahı müalicə: Ağız içində yumşaq damaq və kiçik dilin çox uzun və sallanan olması boğaza doğru hava yolunu azaldar. Problemi ortadan qaldırmaq üçün və təsiri uzun müddətli olan, fəsad nisbəti aşağı olan, modifiye uvulopalatofaringoplasti (MUPPP) əməliyyatı aparılır. Bu üsul bilinən klassik əməliyyat və tətbiq olunan lazer cərrahiyyəsinə görə çox daha effektiv olub, damaqdaki uzunluğun və sallanmanın aradan qaldırılması üçün plastik cərrahı təməl prinsiplərindən istifadə olunan bir əməliyyatdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 417
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri