Xərçəng sonrası müalicə

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 418
Səs ver:
(səs: 0)
Süd vəzisi rekonstruksiyası
Məmə rekonstruksiya əməliyyatı şiş və ya başqa bir xəstəlik səbəbiylə alınmış olan süd vəzilərinin bərpası əməliyyatıdır. Günümüzdə yeni texnologiyalar sayəsində təbii məmə ilə az qala birə-bir bənzər olan süd vəziləri yaradıla bilir.

Xəstə əməliyyat sonrası defektli vəziyyəti geridə buraxıb yeni və daha keyfiyyətli bir həyata addım atmış olur.

Bu əməliyyatlara ən yaxşı namizəd kimlərdir?
Məmə rekonstruksiyası üçün ən yaxşı namizədlər, məmə toxuması tamamilə alınmış və şiş toxumaların tamamilə ortadan qaldırılan xəstələrdir. Xəstənin əməliyyatı təxirə salmaq üçün bir çox səbəbi ola bilər. Öz toxumasından rekonstruksiya olunacaqsa həkim biraz gözləməsini tövsiyə edə bilər. Hər vəziyyətdə həkiminiz ilə mövzunu üz-üzə danışmağınız daha uyğundur.

Məmə rekonstruksiyası əməliyyatı sonrası nə kimi çətinliklər yarana bilər?
Hər əməliyyat üçün söz mövzusu olan ağırlaşmalar məmə rekonstruksiya əməliyyatı üçün də keçərlidir. Nadir hallarda maye toplanması, qanama kimi vəziyyətlər yarana bilər. Siqaret çəkən kəslərdə yara yaxşılaşması ləngiyə bilər və deformasiyalar yarana bilər. Kapsula kontraktürü (protez ətrafındakı çapıq toxumasının protezi sıxışdırması) formalaşması ən çox görülən problemlər arasındadır.

Məmə rekonstruksiya əməliyyatı kemotreapi / radyoterapi müalicəsinə mane olurmu?
Bu əməliyyatı keçirmiş olan xəstənin xərçəng nüksü (rekürrens) üzərinə bir təsiri görülmədiyi kimi radyoterapi / kemoterapi müalicəsinə də mane olmaz. Əməliyyat sonrası kontrol mamografi çəkilməsi faydalı olar.

Məmə rekonstruksiya əməliyyatının ideal planlaması necə olmalıdır?
Əməliyyata başlamazdan əvvəl ideal olanı, ümumi cərrah və plastik cərrahın birlikdə plan tərtib edib əməliyyata girmələri şəklindədir. Sağlamlıq vəziyyətiniz dəyərləndirildikdən sonra, həkim xəstənin olduğu yaşına, anatomik quruluşuna, toxumaların vəziyyətinə görə və xəstə istəklərinə görə, ən yaxşı variantları nəzərdən kecitrib pasiyentlə birlikdə ən uyğun seçimə qərar verəcəkdir.Məmə toxuması alınmış xəstələrdə, məmə rekonstruksiya əməliyyatı pasiyentin görünüşünü bərpa edər və xəstənin etibarını artırar. Ancaq unudulmaması lazım olan, bu əməliyyat xəstənin ümumi vəziyyətini və moralini yaxşılaşdırma üçündür, mükəmməlliyə yönəlmiş deyil.

Məmə rekonstruksiya əməliyyatı öncəsi diqqət edilməsi lazım olan mövzular nələrdir?
Xəstə əgər qan durulducu dərmanlar istifadə edirsə, həkim istifadəsini 10 gün əvvəldən kəsilməsini istəyə bilər, əməliyyat öncə bədənin hər hansı bir yerində infeksiya olmamasına diqqət edilməlidir. Xəstə siqaret çəkirsə əməliyyatdan əvvəl buraxması məsləhətdir.

Hansı anesteziyadan istifadə olunur?
Məmə toxumasının yaradılması əməliyyatı ümumi anesteziya ilə aparılır. Yara izlərinin korreksiyasına yönəlmiş ikinci əməliyyatlar isə lokal anesteziya və sedasyonla birlikdə həyata keçirilir.

Hansı forma protez istifadə olunmalıdır?
Bütün məmə protezlerinin xarici qisimində (örtüyündə) silikon təbəqə vardır, içində isə ya salin adı verilən duzlu su qarışığı olur və ya silikon gel. 2006-ci ildən bəri içi jel ilə dolu olan protezlər, Amerika Birləşmiş Ştatları Food and Drug Administration (FDA) tərəfindən qəbul edilmişdir. İki növ olan salin və jel ilə dolu protezler hər kəsin istifadəsinə açıqdır.

Məmə rekonstruksiya əməliyyatı hansı şəkildə baş verir?
Bu tərz əməliyyatlarda birdən çox seçim olduğu üçün pasiyentə görə texnik seçilə bilər. Ən çox bilinən dərinin genişləndirilməsi və sonra protezin qoyulmasıdır. Döş toxuması alındıqdan sonra döş qəfəsi divarı altına toxuma genişletici yerləşdirilir. Həftələr sonra duzlu su ilə dolu olan genişletici dərinin istənilən genişliyə çatmasından sonra protez ilə dəyişdirilir. Məmə başı və tünd dəri isə daha sonra bərpa olunur. Dərinin genişləndirilməsinə ehtiyac olmayan xəstələrdə döş toxuması alınarkən protez yerləşdirilə bilər.

Fleblə rekonstruksiya əməliyyatı nədir?
Bəzən protez texnikasına alternativ olaraq qarından, kalçadan ya da kürəkdən toxuma alınaraq yeni məmə bərpa oluna bilər. Buna fleb rekonstruksiyası adı verilir. Fleb cərrahiyyəsinin müxtəlif növləri mövcud:

1- Dəri, dəri altı yağ təbəqəsi və əzələ toxuması orijinal yapışdığı bölgəyə bir damar sapı ilə bağlı olaraq qalar və dəri altında yaradılan tunel köməyiylə məmənin yaradılacağı bölgəyə gətirilir. Bəzən əlavə olaraq protez də qoyula bilər.

2- Digər tip fleb cərrahiyəsində isə, toxuma bağlı olduğu qarın, kürək və ya omba bölgəsindən tamamilə ayrılır və damarları alıcı bölgədəki damarlara tikilərək yaşaması təmin (sərbəst fleb ilə rekonstruksiya)olunur. Bu əməliyyatı edə bilmək üçün plastik cərrahın Microvascular cərrahi mövzusunda da təcrübəli olması lazımdır. Çünki, incə damarların bir-birinə tikilməsi mikroskop altında mümkündür.

Fleb rekonstruksiya əməliyyatları protez texnikalarına görə daha kompleks bir əməliyyatdır. Çapıq birləşmələri daha yüksək səviyyədədir və yaxşılaşma müddəti protez texnikasına görə daha uzundur.

Ikinci əməliyyata nə zaman ehtiyac duyulur?
Məmə rekonstruksiya əməliyyatı zaman keçdikcə təkrarlana bilər. İlk reallaşan əməliyyat ən kompleks olanıdır və ikinci əməliyyatlar nisbətən daha asandır. Əgər toxuma genişlətici ilə rekonstruksiya metodu seçilmişsə, toxuma genişlətici çıxardılıb yerinə protez qoyulur. Məmə başı və ətrafındakı tünd dərinin yaradılması da ikinci əməliyyatla reallaşır. Yeni yaradılan döşün digər tərəf ilə uyğunlaşma və simmetriya içərisində olması üçün daha sonra normal məmə estetikası əməliyyatı görülür.

Məmə rekonstruksiya əməliyyatı sonrası nələrə diqqət edilməlidir?
Əməliyyat sonrası olan ağrı üçün həkimin təklif edəcəyi ağrı kəsici istifadə edilə bilər. Pasiyent reallaşmış əməliyyatın ölçüsünə görə 2-5 gün içində xəstəxanadan evə yazılır. Mayelərin yığılmasının qarşısını almaq üçün qoyulan drenler əməliyyat sonrası birinci ya da ikinci həftədə alınır. Tikişlər 7-10 gün içərisində həkim tərəfindən alınır.

Məmə rekonstruksiya əməliyyatı sonrası normal həyata nə zaman dönmək mümkündür?
Məmə toxuması alınması və rekonstruksiya, və ya yalnız flleb rekonstruksiya əməliyyatından sonra,normal həyat şəraitinə dönmək 6 həftəyə qədər davam edə bilər. Protezlə olunmuş əməliyyatlarda isə bu müddət daha qısa ola bilir. Çapıqların (yara izi) çoxu zaman içində pembeliği itib, solur. Bu müddət dəri keyfiyyətinə görə 1-5 il ola bilər və izlər heç bir zaman tamamilə getməz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 418
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri