Botox (Botulinum)

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 626
Səs ver:
(səs: 0)
Botox® (Botilinum toxin A tip) nədir?
Botox®, əslində Clostridium botulinum adlı bir bakteriyadan əldə edilir və əzələlərin boşalması üçün istifadə olunan maddədir. Tibbin müxtəlif sahələrində 20 ildən çoxdur istifadə edilir.

Botox® (Botilinum toxin A tip) necə təsir göstərir?
Əzələlər, illər keçdikcə üzdə və bədəndə xəttlər və qırışlar meydana gətirərlər. Botox® (Botilinum toxin A tip) səthi olan əzələləri boşaldır və olan qırışların açılmasını təmin edər. Bunun sayəsində üz daha gənc və təravətli görünüş qazanar. Uzun və davamlı təsiri dərinin yaşlanmasını ləngidər.

Botox® (Botilinum toxin A tip) təsiri nə zaman başlayır?
Həkiminizin etmiş olduğu prosedurdan 48 saat sonra təsir görülməyə başlayar və son nəticəni isə on gün içərisində görə bilərsiniz.

Botox® (Botilinum toxin A tip) təsiri nə qədər sürər?
İlk prosedurun təsiri dörd ay kimi bir müddət ikən, təkrar olunan Botoxun təsiri altı aya qədər davam edər. Mütəmadi istifadəsi zamanı prosedurun tekrarlanması 1 ilə qeder yüksələr.Geniş bir alına sahib olan insanlarda prosedurun daha tez təkrarlanması ehtiyacı ola bilər.

Botox® (Botilinum toxin A tip) etibarlı bir üsul ola bilərmi?
Botox® (Botilinum toxin A tip) Amerika Birləşmiş Ştatlarında olan FDA (Food and drug administration) tərəfindən təsdiq edilmiş olan bir dərmandır. On ilə yaxın bir müddətdir ki kosmetik sektorda və tibb sektorunda istifadə edilməkdədir.

Botox® (Botilinum toxin A tip) hansı qırışlara tətbiq edilir?
Botox® (Botilinum toxin A tip) tətbiqində ən yaxşı nəticə alın, göz ətrafı və qaş ətrafından alınmaqdadır. Ayrıca çənə bölgəsi və dodaq ətrafı qırışlarında, boyun xəttləri, burun kənarlarındakı qırışların, burun ucu qaldırmada da istifadə edilir.

Botox® (Botilinum toxin A tip) ilə mimik ifadə itərmi?
Mimikaların itməsində ən böyük faktor prosedurun təcrübəli bir həkim tərəfindən aparılmasıdır. Qırışlara səbəb olan mimikalar arzu edilərsə yüngül hərəkət edə biləcək şəkildə qoruna bilər. Botox® (Botilinum toxin A tip) yalnız tətbiq edildiyi bölgədə təsir göstərir.

Prosedur nə qədər sürər?
Prosedur on dəqiqə kimi qısa bir müddətdə həkiminiz tərəfindən tamamlanır. Prosedurdan sonra 1-2 saat dik mövqedə oturmaq enjekte edilən dərmanın o bölgədə qalması baxımından əhəmiyyətlidir.

Botox® (Botilinum toxin A tip) iynəsi ağrılıdırmı?
Bu problemin cavabı adamın ağrı hissinə görə dəyişənlik göstərə bilər. İnyekte olunduğu zaman yüngül bir sızlama hiss edilə bilər. Ümumiyyətlə injection əvvəlində tətbiq ediləcək bölgəyə anestetik krem tətbiq olunmalıdır.

Botox® (Botilinum toxin A tip) yan təsiri varmı?
Botox® (Botilinum toxin A tip) bilinən yan təsirləri keçici və yox deyiləcək qədər azdır. Nadir olaraq da olsa makiyaj ilə örtülə bilən yüngül göyərmələr meydana gələ bilər ya da yüngül bir baş ağrısı hiss edilə bilər. Xətalı bir tətbiq sonunda göz qapağında müvəqqəti olaraq bir sallanma meydana gələ bilər.

Botox® (Botilinum toxin A tip) kimlərə tətbiq oluna bilər?
Hamilə və ya körpə əmizdirən qadınlar Botox etdirmək üçün gözləməsi məsləhətdir. Qanama problemi olanlar, əzələ narahatlığı olanlar, ya da o bölgədə dəri xəstəliyi olan kəslərin tətbiq etdirməsi məsləhət deyil.

Botox® (Botilinum toxin A tip) ilan zəhəridirmi?
Xeyr, toksinlərdən. Clostridium botulinum adlı bir bakteriyadan əldə edilən bir toksindir.

Botox® (Botilinum toxin A tip) iflic edərmı?
Xeyr. Botox® (Botilinum toxin A tip) inyeksiya edildiyi əzələlərin hərəkətlərini müəyyən bir müddət məhdudlaşdırır, hissiyatın itməsinə səbəb olmaz.

Botox® (Botilinum toxin A tip) ilə qaşlar qaldırıla bilərmi?
Bəli, doğru nöqtələrə edilən uyğun miqdardakı Botox® (Botilinum toxin A tip) ilə qaşların az yuxarı qaldırılması mümkündür.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 626
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri