Dolqu maddələri (Dermal fillers)

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 1 871
Səs ver:
(səs: 0)
Ətrafımızda olan fərqli faktorlardan üzümüzdeki şaquli xətt və qırışların zaman içərisində çoxaldığını hiss edirik. Bu xəttlər çoxlu günəş şüası, günəşə batıq gözlərlə baxmaq, çeynəmə kimi müxtəlif səbəblərdən bilinməyə başlayır.

Üz dərisi dolqun olduğu zaman daha sağlam və gənc görünür. Dəridəki Hyaluron turşusu azaldığında dərinin su tutma faizi də azalır. Çirkli hava faktoru və siqaret çəkmək də dəridəki toxumaların yumşalmasına,əzələlərin meydana gətirmiş olduğu qırışlarları daha bilinən edir.Üz bölgəsində edilən dolqular dərinin daha gənc və sağlam görünməsini təmin edər.

Dolqu maddələri (Restylane, Teosyal, Juvederm) nədir?
Dolqu maddələri jel konsistensiyasında, dərinin hüceyrə arasındakı dolqu maddələri şəklindədir. Aydın və kristal görünüşündədir və heyvani maddə teşkil etməz. Dəri toxumasının altında olan Hyaluron turşusu ilə birləşincə yenidən həcm yaradar.Dolqu maddəsi dodaqların, dərin şaquli xəttlərin və üzdə olan qıvrımların yaxşılaşmasında istifadə olunan müalicədir. Nəticələr prosedurun sonunda dərhal özünü göstərir.

Dolqu müalicəsi sonrasında nəticə necə olur?
Dolqu maddəsi ilə müalicə sonunda dərhal nəticə görünür. Qısa müddətdə olunduğuna və qısa zamanda ictimai həyata geri dönməsi səbəbi ilə günorta yemək aralarında prosedurdan yararlanan xəstələr əksəriyyət təşkil edir.Təcrübəli bir həkim olmasına diqqət edilməlidir.Dolqu maddələrin təsir müddəti edilən bölgəyə görə 6-12 ay davamlılıq göstərməkdədir.

Dolqu maddələrinin yan təsiri varmı?
Hyaluron turşusu 90-cı illərdən bəri dünyada bir çox ölkədə etibarla tətbiq olunmuşdur. Bəzi hallarda tətbiq edilən bölgədə bir neçə saat davam edən yüngül şişmələr görülməkdədir.Dolqu maddələrinə qarşı allergik reaksiyalar çox nadir olaraq görülər. Meydana gələ bilən yüngül göyərmələrə qarşı makiyaj istifadə edilə bilər. Dolqu maddəsinin inyeksiya edildiyi bölgədə yüngül qızartı, sərtlik və ya qaşınma hissi bilər. Istifadə etməzdən əvvəl hər hansı bir test həyata keçirilməsinə ehtiyac yoxdur.

Dolqu maddəsinin tətbiqi ağrılıdırmı?
Dolqu maddəsi tətbiqindən əvvəl anestetik təsiri olan krem ​​köməyi ilə tətbiqin ediləcəyi bölgə uyuşturulur. Bu şəkildə ağrı hissi azalacaqdır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 871
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri