Varis və kılcal damar Müalicəsi

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 860
Səs ver:
(səs: 0)
Varis və qılcal damar lezyonları nədir?
Damar lezyonları dəri səthinə çox yaxın nöqtələrdə olub dərinin qırmızı və ya bənövşəyi rənglərdə görünməsinə səbəb olur. Vari və qılcal damar lezyonları eyni zamanda hemanjioma, telangiectasia, angioma və ya port-wine stain kimi adlar ilə də xatırlanmaqdadır.

Varis və qılcal damar lezyonları üçün tətbiq olunan üsullar hansılardır?
İllərdən bəri yaxın tibb tarixində müalicə üsulları olaraq bir çox növ istifadə edilmişdir. Bu müalicələrin arasında dəriyə maddə iynesi, elektrocerrahi, ənənəvi cərrahi üsullar, X-şüaları müalicəsi sınanmış metodlar arasındadır.Bu müalicələr içərisində bəzi xəstələrdə müvəffəqiyyət görülərkən, bəzi xəstələrdə qənaətbəxş və sabit nəticələr alınmamışdır.

Varis və qılcal damar lezyonları müalicəsində lazer nə zamandan bəri istifadə edilir?
Lazerlə edilən varis və qılcal damar müalicəsi 1980lərdən müvəffəqiyyətli bir şəkildə istifadə olunan fərqli bir üsuldur. Sarı işıq yayan lazer,kapilyar damarları seçərək hədəflələyər və müalicəsi aparar. Lazer müalicəsi davamlı inkişaf edən və yayılan və bir çox sahələrdə istifadə edilməyə başlanan bir müalicə şəklidir.

Varis və qılcal damar müalicəsi üçün neçə seans tətbiq olunmalıdır?
Lazerlə edilən varis və qılcal damar müalicəsində ümumiyyətlə birdən çox tətbiq olunan seanslar ilə nəticə alınar.Varis və qılcal damarın müxtəlifliyinə görə 4 seanslıq tətbiqdən 12 seanslık tətbiqə qədər müalicə davam edə bilər.

Varis və qılcal damar müalicəsi nə qədər sürər?
Lazerlə edilən müalicə üsulunda xəstənin lezyon sıxlığına görə və adamın vəziyyətinə görə xüsusi planlanmalıdır. Lezyonun sıxlığına görə və veriləcək şüa dozasına görə seansların silsilələri müəyyən edilir.Seanslar bir neçə həftə ilə bir neçə ay arasında dəyişməkdədir.

Varis və qılcal damar lezyonları müalicəsi ağrılıdırmı?
Lazerlə edilən müalicə üsulunda olunan sahədə ağrı əmələ gələ bilər. Bu ağrını minimum səviyyədə tuta bilmək üçün bölgəyə anestetik məlhəmlər tətbiq olunur.

Varis və qılcal damar müalicəsi 100% təsirli ola bilərmi?
Araşdırmalar və alınan nəticələr lazer ilə damar müalicəsinin səmərəli və etibarlı olduğu görülmüşdür. Ancaq nadir də olsa 100% nəticə alına bilmədiyi vəziyyətlər də olmuşdur.

Varis və qılcal damar müalicəsinin yan təsiri varmı?
Müalicə üsulundakı yan təsir çox minimal səviyyədədir. Nadir görülən vəziyyətlərdə tətbiq olunan bölgələrdə dəri rənginin açıldığı və ya tündləşdiyi görülmüşdür. Həssas dərilərdə tətbiq sonrası qabıqlanma və infeksiya riski də görülə bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 860
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri