Vaginanın Estetik Əməliyyatı – Vaginanın cavanlaşdırılması

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 4 179
Səs ver:
(səs: 0)
Vaginanın girişi iç dodaqlar tərəfindən örtülmüşdür. Uzunluğu və eni müxtəlif insanlarda fərqli formalarda olan, tubik şəklində, elasiktiklik və gərilmək kimi xüsusiyyətləri olan, son dərəcə xüsusi bir toxumaya malik genital bir orqandır.

Ən mühüm xüsusiyyəti cinsi münasibəti təmin etmək və təbii doğuş vaxtında anatomik və fizioloji xüsusiyyətlərini dəyişdirərək doğuş kanalı vəzifəsini yerinə yetirməkdir.

Vaginaplastika əməliyyatı kimlərdə tətbiq edilir?
Təbii doğuş zamanı vagina elastikləşib genişlənir, uşağın başı çıxarkən vagina divarlarında cırıqlar yaranır. Çətin doğuşlardan, təkrar doğuşlardan sonra vaginanın elastik quruluşu daimi olaraq xarab ola bilər. Bu vəziyyətdə cinsi münasibət zamanı tərəflərin qarşılıqlı olaraq zövq almağı mümkün olmaya bilər.

Yaxud bəzən də doğuşu olmayan qadınların da vaginası elastikliyini itirə bilər.

Vaginaplastika əməliyyatı ağrılıdır?
Vaginaplastika, ümümi anesteziya ilə təxminən 1 saata qədər davam edən bir əməliyyatdır. Bu əməliyyat zamanı elastikliyini itirmiş vagina divarı sıxlaşdırılıb daraldıla bilər. Eyni vaxtda, ehtiyac olarsa, vagina girişi də daraldıla bilər. Əməliyyatdan sonra ağrıkəsicilərdən istifadə edilərək ağrılar nəzarət altına alınır. Əməliyyatdan sonra 3-4 saat müşahidə altında saxlandıqdan sonra evə göndəriləcəksiniz.

Vaginaplastika əməliyyatından sonra nə vaxt cinsi münasibətə icazə verilir?
Vaginal mukozanın ümumiyyətlə tez sağalan bir xüsusiyyəti vardır. Ancaq hər ehtimala qarşı həkiminiz nəzarət etdikdən sonra təxminən üçüncü həftədə cinsi münasibətə başlaya bilərsiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 179
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri