Labioplastika

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 3 127
Səs ver:
(səs: 0)
Labiumlar, qadınların genital (cinsiyyət orqanı) hissəsində olan, latın dilində dodaq mənasını verən, çox vacib fizioloji və anatomik xüsusiyyətləri olan nahiyələrdir. Xalq arasında labium minorlara iç dodaqlar deyilir. Quruluşu cəhətdən çox nazik, həssas olan labium minorlar cinsi münasibət vaxtı sürüşkənliliyə kömək edir. Bu funksiyanı özlərinə məxsus bir ifrazat maddəsi ilə yerinə yetirirlər. Eyni zamanda, qoruma roluna da malikdir.

Estetik baxımdan quruluşunda dəyişikliklər anadangəlmə ola bilər, yaxud müxtəlif səbəblərə görə sonradan yarana bilər. Uclarında assimterik, sallanan bir görünüşü vardır. Müalicəsi çox asandır.

ƏMƏLİYYAT:
Xəstəxana şəraitində aparılan Labioplastika əməliyyatı təxminən 30 dəqiqə davam edir. Lokal anesteziya, sedasiya (sakitləşdirici vurulması), yaxud ümumi anesteziya tətbiq edilə bilər. Anesteziya formasının necə olacağı haqqında qərarı həkiminizlə birlikdə anestezoloqumuz verir. Öz-özünə əriyən tikişlərdən istifadə edildiyi üçün tikişləri sökməyə ehtiyac qalmır. Demək olar ki, heç ağrısı olmayan əməliyyatlardan biridir. Xəstəxanada yatmağa ehtiyac olmur, eyni gün xəstəxanadan çıxarılır, ertəsi gün duş ala bilərsiniz. 2-3 həftə istirahətdən sonra cinsi münasibət həyatınıza davam edə bilərsiniz.

NƏTİCƏ:
Bu kiçik əməliyyatdan sonra nəticə kifayət qədər məmnuniyyət verici olur. Estetik baxımdan sallanma yaxud deformasiya problemləri olmayan, lazımlı boyda olan yeni labiominorlarınız olacaq.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 127
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri