Süd Vəzisi Estetik əməliyyatı haqqında

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 333
Səs ver:
(səs: 0)
Qadının anatomik quruluşunu kişidən ayıran, ən diqqətə çarpan nahiyəsi olan süd vəziləri, analığın və qadınlığın ən böyük simvollarından biridir. Yeniyetmə dövründəki inkişaf vaxtında, ya da uşaq əmizdirmə periodundan sonra, və yaxud da sonraki dövrlərdə meydana gələn bəzi xəstəliklər nəticəsində süd vəziləri arzu edilən forma və boyda olmaya bilər. Əlaqədar hallar aşağıdakılar ola bilər:

-Süd vəzisinin qadının istədiyi ölçüdən kiçik olması
-Süd vəzisində inkişafla əlaqədar deformasiyaların olması (tubulyar – tubik formalı döş kimi)
-İki döş arasında həcm və görünüş fərqinin olması, yəni asimmterik olması (xərçəng və yaxud başqa bir səbəbdən)
-Süd vəzisinin formasındakı korlanmalar (inverted nipple- döş ucunun içəri girməsi, bifid nipple – döş ucunun ikiyə bölünməsi, tripple nipple – üç döş ucunun olması)
-Süd vəzisi toxuması və süd vəzisinin uc tərəfində sallanma
-Süd vəzilərinin normal boydan böyük olması

Haqqında danışdığımız bu hallarda tətbiq edilə bilən əməliyyatlar aşağıdakı maddələrə ayrıla bilər.

-Süd vəzisinin protezi (silikon)
-Süd vəzisinin rekonstruksiyası
-Süd vəzisinin yığcamlaşdırılması (mastopeksiya)
-Süd vəzisinin kiçildilməsi (reduction mammoplasty – mammoplastikanın azaldılması)
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 333
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri