Süd vəzisinin böyüdülməsi

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 543
Səs ver:
(səs: 1)
Qadının anatomik quruluşunu kişidən ayıran, ən diqqətə çarpan nahiyəsi olan süd vəziləri, analığın və qadınlığın ən böyük simvollarından biridir. Yeniyetmə dövründəki inkişaf vaxtında, ya da uşaq əmizdirmə periodundan sonra, və yaxud da sonraki dövrlərdə meydana gələn bəzi xəstəliklər nəticəsində süd vəziləri arzu edilən forma və boyda olmaya bilər. Əlaqədar hallar aşağıdakılar ola bilər:

Süd vəzisinin qadının özünün arzuladığı ölçüdən kiçik olması
Süd vəzisində inkişafla əlaqədar deformasiyaların olması (tubulyar – tubik formalı döş kimi)
İki döş arasında həcm və görünüş fərqinin olması, yəni asimmterik olması (xərçəng və yaxud başqa bir səbəbdən)
Süd vəzisinin formasındakı korlanmalar (inverted nipple- döş ucunun içəri girməsi, bifid nipple – döş ucunun ikiyə bölünməsi, tripple nipple – üç döş ucunun olması)
Süd vəzisi toxuması və süd vəzisinin baş tərəfində sallanma
Süd vəzilərinin normal boydan böyük olması

Haqqında danışdığımız bu hallarda tətbiq edilə bilən əməliyyatlar aşağıdakı maddələrə ayrıla bilər.

Süd vəzisinin protezi (silikon)
Süd vəzisinin rekonstruksiyası
Süd vəzisinin yığcamlaşdırılması (mastopeksiya)
Süd vəzisinin kiçildilməsi (reduction mammoplasty – mammoplastikanın azaldılması)

Süd Vəzisinin Protezi
Hazırda estetik cərrahlıq və silikon texnologiyaları sahələrində baş verən müvəffəqiyyətli inkişaf sayəsində artıq daha təbii görünüşləri əldə etmək mümkündür. Sizi narahat edən və özünüzü pis hiss etməyinizə səbəb olan kiçik döşlərinizi, dəstəkli alt patlarlarla yaxud digər vasitələrlə böyütmə ehtiyacınızı, sadəcə bir saat davam edən qısa bir əməliyyatla aradan qaldırmaq mümkündür. Döşlərin böyüdülməsi, indi artıq ən çox aparılan estetik əməliyyatlardan biridir.

Hər İnsan Üçün Xüsusi Silikon İmplantın Seçilməsi
Hansı implantasiyanı seçmək lazım olduğu qərarını həkiminizə etibar edə bilərsiniz. İnternetdə haqqında oxuduğunuz markalar və bilmədən seçilən modellərin sizə uyğunluğu mövzusunda təkid etməməyinizi xahiş edirik. Bu texnologiyaları sizin üçün biz – estetik cərrahlar yaxından izləyirik. Bədəninizə ən müvafiq və ən təbii şəkildə uyğunlaşacaq olan implantasiya növü seçiləcəkdir. Əməliyyatdan əvvəl bədəninizin quruluşunun detallı formada analizi aparılır və bunun nəticəsində hər insana ən uyğun silikon və əməliyyat texnikasına qərar verilərək həmin metodlar tətbiq edilir. Silikonların da öz aralarında boy və formalarına görə fərqləri vardır. Məsələn, damcı və yaxud yumru formalı, pıtırıqlı (textured – toxumalı) yaxud hamar (smooth) səthli ola bilər. Müxtəlif həcmlərdə və fərqli profil hündürlüyündə olurlar. Hansı insanda hansı növ implantasiyadan istifadə edilməsi qərarını vermək üçün əməliyyatdan əvvəl ətraflı müayinə aparılmalıdır. Bu müayinə zamanı həmin şəxsin bütün bədən ölçüləri, tam bir organizm baxımından qiymətləndirilir. Çiyin eni, omba eni kimi bir çox amil implantasiya seçimində müəyyənləşdirici amil rolunu oynayır.

Silikon implantasiya, süd vəzisi protezi haraya qoyulur?
Süd vəzisinə silikon implantasiya 3 müxtəlif nahiyədən qoyula bilər. Süd vəzisinin altındakı büküş yerindən, süd vəzisinin baş tərəfindəki halqadan yaxud, qolun altından qoyula bilər. Burada, xəstə və həkim əməliyyatdan əvvəl ən münasib nahiyənin hansı olduğu qərarını birlikdə müzakirə edərək verirlər.

Silikon yerləşdirilən nahiyə isə, süd vəzisinin altı, əzələ toxumasının altı və ikili plan (dual plane) olmaqla 3 cür ola bilər. Süd vəzisi protezinin hansı tərəfə qoyulması şəxsin hazırdakı döş qəfəsi quruluşunu, süd vəzisi dərisinin xüsusiyyətlərini, süd vəzisindəki sallanma hallarını nəzərə almaqla tətbiq edilir.

Süd vəzisinin böyüdülməsi əməliyyatı və sonrakı period
Əməliyyat, xəstəxana şəraitində, əksəriyyətlə ümumi anesteziya edilərək aparılır. Təxminən 1 saat davam edir. Siz əməliyyatın axırında idmançı büstqalteri geyindirilmiş formada otağınıza aparılacaqsınız. Şəxslər əməliyyatdan sonra 5-6 saat istirahət etdikdən sonra xəstəxanadan çıxarılır. Əməliyyatdan sonra 2-3 gün kiçik ağrılarınız olacaq. Ancaq bu ağrılar yüngül ağrıkısicilər köməyi ilə nəzarət altına alına bilər və normal həyatınıza davam edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 543
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri