Qarın gərdirmə (Abdominoplasty)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 551
Səs ver:
(səs: 0)
Qarın nahiyəsi ilə əlaqədar şikayətlər hər insanda fərqli olur. Bu şikayətlərin böyük əksəriyyəti doğuşdan sonra yaxud həddindən artıq arıqlamaqla əlaqədar olaraq yaranan əzələ arıqlamaları və sabitlənmiş inadkar yağ toxumaları ilə birlikdə dəri sallanması hallarıdır. Bu hallarda idman etmək və yaxud diet saxlamağın heç bir nəticəsi olmur. Elə bu yerdəcə estetik cərrahiyə metodu vəziyyəti düzəldə bilər.

Bunun üçün üç növ əməliyyat aparıla bilər:
Qarın gərdirmə (Abdominoplasty)
Mini Qarın gərdirmə (Mini abdominoplasty)
Qarın Liposaksiyası

Qarın gərdirmə hansı xəstə tiplərində aparıla bilər?
Doğuşdan yaxud həddindən artıq arıqladıqdan sonra, böyük deformasiyaları olan xəstələr üçün aparılan bir əməliyyat növüdür. Bu əməliyyatda əzələ düzəldilməsi həyata keçirilir, bundan sonra isə, dəri altındakı inadkar yağ toxuması ilə birlikdə sallanmış olan artıq dəri cərrahiyyə yolu ilə çıxardılır. Bitirmə tədbiri kimi də, xəstənin bel ətrafında bir problemi varsa bu nahiyəyə də liposaksiya tətbiq edilir.

Qarın gərdirmə əməliyyatı və sonrası:
Əməliyyat xəstəxana şəraitində ümumi anesteziya ilə təxminən 1,5-2 saat ərzində aparılır. 1 gecə xəstəxanada qaldıqdan sonra xəstə evə göndərilir. İzləri keser əməliyyatı izləri kimi, onların biraz uzun olan formadadır. Bu izlər bikini altında görünməz olur. Bundan başqa, göbək deşiyi də yenidən düzəldildiyi üçün, göbək deşiyində də izlər olur. İzlər əməliyyatdan sonra vaxt keçdikcə sürətlə azalır. İnkişaf etmiş texnologiyalar sayəsində əməliyyatdan sonra ağrı və yerimə zamanı narahatçılıqlar çox az səviyyədədir. Xəstə bir həftə sonra normal həyatına qayıda bilər. Əməliyyatdan sonra 6-8 həftə qarın korsetindən istifadə edilir. Korsetdən istifadə gündəlik həyata təsir edən formada deyil, əksinə rahat və etibarlıdır. Korsetdən istifadə tamamlandıqdan sonra insan aktiv formada idman edə bilər.

Mini Qarın gərdirmə kimlər üçün daha uyğundur?
Mini abdominoplastika daha yüngül hallarda tətbiq edilən bir əməliyyatdır. Yağlanma və artıq dəri miqdarı daha az olan xəstələrdə tətbiq edilir. Bu əməliyyat göbək deşiyinin altından başlayır. Göbək deşiyiniz yenidən açılmır. Abdominoplastika ilə eyni şəraitdə aparılır. Əməliyyat və sonrakı sağalma müddəti daha azdır.

Qarın bölgesi liposaksiyası hansı xəstələrdə aparılır?
Qarın nahiyəsində sallanmadan fərqli olaraq, inadkar artıq yağların liposaksiya ilə çıxarılması metodudur. Ümumi anesteziya və yaxud sedasiya ilə aparıla bilər. Xəstəxanada yatmağa ehtiyac olmyan qısa müddətli bir əməliyyatdır. Xəstə 6-8 həftə korset geyinməlidir. Liposaksiya ilə əlaqədar göyərmə və şişlər ola bilər, bunlar sürətlə yoxa çıxır. Xəstə eyni gün normal həyatına davam edə bilər.
Sizə ən uyğun əməliyyatın hansı olduğu qərarını, bu barədə ən düzgün informasiyanı müayinə və görüşlər ərzində ala biləcəyinizi unutmayın.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 551
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
bu emeliyyati xoslamiram
29 noyabr 2018 09:52
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Eger pis gorsenirse ehtiyac varsa bu emeliyati etdirmek olar
28 noyabr 2018 14:16
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri