Ayaqların Estetik Əməliyyatı

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 769
Səs ver:
(səs: 0)
Ayağın yuxarı tərəfində və dizlərin iç tərəfindəki problemlər ümumilikdə liposaksiya metodu ilə aradan qaldırmaq mümkün olan problemlərdir. Vaxt keçdikcə və yerin cazibə qüvvəsinin təsiri ilə ayaqların iç nahiyəsində sallanma olduğu hallarda ayaqların gərdirilməsi əməliyyatı tətbiq oluna bilər. Qasıq büküşündən kəsilib içəri girilir və sallanan artıq toxumalar çıxardılır. Sonradan sallanma hallarının qarşısını almaq üçün də dərin toxumalar arasında asma əməliyyatı aparılır.

Ancaq diz və diz altı nahiyələrdə problem ümumilikdə toxumaların artıq olduğuna görə deyil,çatışmadığına görə meydana çıxır.

Dizin qabaq nahiyəsində və ayaq biləklərinin incə yerlərində adətən yağ inyeksiyası ilə yaxşı nəticələr əldə etmək mümkündür.

Baldır və bilək nahiyəsində ümumi arıqlıq hallarında silikon protezlərdən istifadə edilir. Dizin arxa hissəsindən 3-4 sm uzunluğunda kəsik ilə silikon müvafiq hissəyə yerləşdirilir. Eynilə döş silikonu kimi sağalma müddəti vardır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 769
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri