Ən təhlükəli plastik əməliyyat təyin olunub

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 1 938
Səs ver:
(səs: 0)
Son zamanlar omba böyütməsi üzrə plastik əməliyyatlar bütün dünyada ən dəbdə olan plastik əməliyyatlardan biri sayılır.
Bu əməliyyatı həmçinin "braziliya omba liftingi" adlandırırlar.
Bir çoxları bu əməliyyatı təhlükəsiz hesab edir.
Lakin statistika göstərir ki, məhz bu əməliyyat nəticəsində ölüm hallarıdigər əməliyyatlarla müqayisədə daha çoxdur.
Braziliya omba liftingi əməliyyatı zamanı həkim pasiyentin qarın və ya böyürlərindən piyləri götürür, onları xüsusi üsullarla təmizləyir və daha sonra omba nahiyəsinə yeridir.
Bu zaman piy parçası damara düşə və onu bağlaya bilər ki, bu da ürək və ağciyərlərin fəaliyyətinin dayanmasına gətirib çıxardır. Bunun səbəbi həkimin səhvi, insan bədəninin bəzi özəllikləri və s. ola bilər.

Qadınla.Com xəbər verir ki, statistikaya əsasən braziliya omba liftingi əməliyyatından keçən hər 3000 nəfərdən biri emboliya nəticəsində həyatını itirir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 938
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri