Üz gərmə əməliyyatı

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 949
Səs ver:
(səs: 0)
Yaşlandıqca dəri öz elastik müqavimətini itirir, bir tərəfdən itirilənin digər tərəfdən yerinə yenisinin qoyulması lazımdır.

Günəş şüalarına həddindən artıq məruz qalmalar, solarium deyilən ağla sığmaz cihazı sevirsinizsə, siqaret çəkirsinizsə, dərinizdə müxtəlif problemlərlə qarşılaşacaqsınız.

Yaşlanma əslində digər nahiyələrimizdə də özünü göstərir, lakin üz nahiyəsi yaşlanma mövzusunda ən həssas nöqtədir.

Üz germə əməliyyatı (rhytidectomiya) üz və boyun dərisindəki sallanmaları və çənə altına toplaşan yağlanmanı aradan qaldıracaqdır.

Burun və göz qapaqları estetikası, alın germe, qaş qaldırma, lazer ilə dəri soyma bunlar üz germe emeliyyatı ilə birlikdə edilərsə pasinetin daha gözəl, canlı və gənc görünməsində kompleks nəticə əldə ediləcəkdir. Əməliyyat xəstəxana şəraitində, anesteziya mütəxəssisinin nəzarətində altında edilməlidir.

Üz germə emeliyyatı təxminən 2-2.5 saat davam edir. Emeliyyat olunan gün evə çıxmaq mümkündür. Tikişlər 5-7 gün içərisində götürülür.

Üz germə emeliyyatı üçün doğru yaş neçədir?
Elə bir düstur və yaş həddi yoxdur. Yuxarıda qeyd etdiyimiz problemləri üzünüzdə nə zaman görsəniz və xilas olmaq istəsəniz o yaşda üz germe emeliyyatı etməniz doğrudur.

Bəzi sallanmaları birbaşa olaraq yaşla əlaqəli olmadığını, sizin anatomiyanızla bağlı ola biləcəyini də unutmamalısız.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 949
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri