Göz qapağı əməliyyatı

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 3 090
Səs ver:
(səs: 0)
Zaman keçdikcə üz ifadəsində əsas rol oynayan göz qapaqlarında müxtəlif qırışlar, torbalanma, sallanma və şişlik yaranır və bu dəyişikliklər xanımların kədərli, yorğun və daha yaşlı görünməsinə səbəb olur.

Göz qapaqları dəri, əzələ və yağ qatlarından ibarətdir. Genetik faktorlarla yanaşı, günəş şüası və yaşlanma kimi ekoloji faktorların təsiri nəticəsində göz qapağının dərisi öz elastikliyini itirir və sallanmağa başlayır.

Göz qapaqlarına dolğun və canlılıq qatan yağ yastıkçıkları da dəyişik forma almağa başlayır. Beləliklə göz qapaqlarında sallanma və torbalanma meydana gəlir.

Blefaroplastik emeliyyatı ilə göz qapağı dərisində yaranan torbalanma, əzələ təbəqəsindəki artıqlıq, yağ yastıqcıqlarının torbalanması götürülərək narahatlıq yaradan problemlərin aradan qaldırılması mümkündür.

Bu əməliyyatla üz ifadəsidə daha canlı və gənc görünüş əldə etmək mümkündür. Lakin, qaz ayağı deyilən göz ətrafındakı qırışlar, göz qapaqlarındakı incə qırışlar, gözlərin ətrafındakı tünd halqalar və ya aşağı sallanmış qaşlar bu emeliyyata daxil deyildir.

Bu problemlərin aradan qaldırılması üçün əlavə əməliyyatlar edilməsi lazımdır. Blefaroplastik emeliyyatı 30 yaşından yuxarı və göz qapaqlarındakı deformasiyadan əziyyət çəkən hər bir xanıma icra edilə bilər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri