Göz altı torbaları

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 032
Səs ver:
(səs: 0)
Gözlər üz ifadəsinin və gözəlliyin ən əhəmiyyətli ünsürlərindən biridir. Göz qapaqlarında düşmə və göz altı torbaları ən gözəl gözlərə belə kölgə salır. Lakin sadə estetik müdaxilələr edərək illərə meydan oxuyan canlı və sağlam baxışlara sahib ola bilərsiniz.

Göz qapaqları həm yaşlanma ilə bağlı olaraq, həm də irsi səbəblərdən asılı olaraq çox gənc yaşlarda torbalana bilər. Bəzən də göz qapağı derisinde torbalanma yox, yalnız sallanma və ya boşalma müşaiyət olunur.

Bütün bunlar, xanımları yorğun və yaşlı göstərir. Bu vəziyyətin estetik görünüş dəyişikliyinə səbəb olmasından başqa, üst göz qapaqlarının sallanması gözün qarşısını kəsərək yaxşı görməyə də maneə törədə bilər.

Göz etrafı problemlər lokal anesteziya ilə ağrısız və çox qısa müddətdə düzəlməsi mümkündür.

Üst göz qapağında gizli tikişlər və alt göz qapağında isə kirpik dibindən özbaşına itən tikişlər edilir. Bu səbəblə, əməliyyat sonrası iz qalmır. Əməliyyat sonrası şişin yaranmasının qarşısını almaq üçün, göz 1 saat bağlı saxlanılr.

Xəstə dərhal evinə geri dönə bilər. Xəstə iki gün sonra duş qəbul edə bilər. Dörd gün sonra isə üst göz qapağındakı tikişlər götürülür. Bu müddət ərzində, xəstə günəş gözlüyü taxaraq gündəlik həyatına davam edə bilər.

Bu əməliyyat tək icra edilməklə yanaşı, qaş qaldırma və üz germe emeliyyatları ilə də birgə həyata keçirilə bilər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 032
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri