Mütəxəssislərə görə burun əməliyyatından sonra diqqət edilməli olanlar

Müəllif: Love Angel
Şərhlər: 4
Baxılıb: 256
Səs ver:
(səs: 0)
Burun əməliyyatı edənlərin sayı günü-gündən çoxalır. Demək olar ki, saç rəngləmək qədər geniş yayılan bu əməliyyatlar üçün həkimlər diqqət edilməli mövzular haqqında danışır. Estetik cərrah Dr.Dəfnə Ərqara burnun estetik əməliyyatlarının planlanmalı olduğunu deyərək əməliyyatdan əvvəl və sonra nələrə diqqət etməli olduğumuzu sıraladı. Qadinla.com bildirir ki, əməliyyatdan sonra bu 5 məqamə önəm verməlisiniz.

Siqareti tərgitməlisiniz
Siqareti əməliyyatdan 2 həftə əvvəl tərgitməkdə fayda var. Eləcə də əməliyyatdan sonra 3-4 həftə istifadə etməməlisiniz. Siqaret yaraya sağalma müddətində mənfi təsir göstərə bilər.

Su dəyməməsinə diqqət edin
Əməliyyatdan sonra 1 həftə işə getməyin. Hətta bəzən bu müddət daha da çox ola bilər. 1 həftə burna su dəydirmək qadağan olduğu üçün çimə bilməzsiniz, sadəcə bədəninizi yuya bilərsiniz. Saçınızı da burnunuza su dəymədən gözəllik salonunda başınızı arxaya tərəf qoyaraq yudurda bilərsiniz.

Ağır idmanla məşğul olmamalısınız
Ağır idman növlərinə 1 ay ara vermək lazımdır. Yürüş kimi yüngül idmanlar isə 2-3 gündən sonra olar. 1 ay dənizə, hovuza, saunaya gedə bilməzsiniz. Ən azı 6 ay günəş qəbul edərkən və çölə çıxarkən yüksək qoruma faktoru olan günəşdən qoruyucu krem istifadə etməlisiniz. 1-6 ay arası eynək istifadə etmək olmaz. Əgər eynək mütləqdirsə yüngül eynəklərdən istifadə edin. 1 ay boyunca ağırlıq qaldırmayın.

Əməliyyatdan sonra avtobus, metro kimi ictimai nəqliyyatdan istifadə etməyin
Bu zaman kimsə bilmədən burnunuza dəyə və zədələyə bilər.

İstədiyiniz görünüşə qovuşmağınız üçün 6 aya qədər vaxt lazım ola bilər
Burun əməliyyatından dərhal sonra yeni burnunuzun istədiyiniz kimi olacağını düşünməyin. Çünki ilk 1 həftə burun içində tampon, üzərində isə gips olur. İkinci həftə burun üstü bantlarla keçir. İlk 3 gün yüngül ağrı, ilk həftə isə çoxlu şişkinlik və göyərmələr ola bilər. Burundakı bütün şişlərin çəkilib normal olması 6 aya qədər uzana bilər. Hətta burun dərisi qalındısa bu müddət 18 aya qədər uzana bilər.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 256
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Mira
Maraqli idi, tsk.
7 iyun 2019 20:22
4
Offline
vipbetul
aqir nese goturmek reski hereket etmek olmaz yani cox ehtiyatli olmaq lazimdir kulekden bile qorumaq lazimdir
6 iyun 2019 22:27
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
fiyonik
Mende eletdirmek isdeyirem. InseAllah ederem. Maraqli melumatdi. menim ucun vacib melumatdi tesekkurler
6 iyun 2019 19:24
2
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
diablo
Burun əməliyyatına ehtiyacım yoxdu maşallah fındıq boydadı burnum faydalı xəbər oldu təşəkkür
6 iyun 2019 18:01
1
Perfect

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri