Dodaq formasının korreksiyası

Müəllif: Love Angel
Şərhlər: 5
Baxılıb: 589
Səs ver:
(səs: 0)
Dodaq formasının korreksiyası (dodaqların böyüdülmәsi) ­ hazırda әn geniş yayılmış vә dәbdә olan әmәliyyatdır. Sadә görünmәsinә baxmayaraq, bu prosedura yalnız kosmetik klinika şәraitindә vә yalnız çox yüksәk dәrәcәdә ixtisaslaşmış vә kifayәt qәdәr tәcrübәsi olan hәkimkosmetoloq tәrәfindәn yerinә yetirilmәlidir. Qeyri peşәkarlıqla yerinә yetirilәn bu әmәliyyat dodaqların asimmetriyasına (әyriliyinә), üzün eybәcәrlәşmәsinә, ağır allergik
reaksiyaya sәbәb ola bilәr

Dodaqların böyüdülmәsi vә onların korreksiya edilmәsi әmәliyyatının öz әks göstәrişlәri dә vardır: istifadә edilәn komponentlәrin fәrdi şәkildә uyğunsuzluğu; hamilәlik vә laktasiya; әvvәllәr keçirilmiş allergik şok; dәridә çapıqların әmәlә gәlmәsinә meyllilik; preparatın daxil edildiyi yerdә iltihabın olması; qanın laxtalanmasının pozulması; bәdәn temperaturunun artması; hәr hansı bir xәstәliklәrin kәskinlәşmәsi. Ona görә dә bu әmәliyyatı yerinә yetirmәzdәn әvvәl hәkim qadını diqqәtlә müayinә etmәlidir.
Dodaq ölçüsünün böyüdülmәsi әmәliyyatı sizdә ilk dәfә olaraq yerinә yetirilmirsә, bu barәdә dә hәkimә mәlumat vermәk lazımdır. Çünki ilk dәfә aparılan әmәliyyat zamanı istifadә edilәn preparat 2­ci dәfә yeridilmәli olan preparatla uyğun gәlmәyә bilәr.

Dodaq ölçülәrinin artırılması vә onun formasının korreksiya edilmәsi, dodaq toxumasına "doldurucu” adlanan xüsusi preparatların (biopolimer, poliakrid gel, buğa kollagenindәn hazırlanmış preparatlar, gialuron turşusu әsasında hazırlanmış preparatlar vә s.) daxil edilmәsi ilә әldә edilir.
Hazırkı dövrdә hәkim kosmetoloqlar bu mәqsәdlә әksәr hallarda gialuron turşusu әsasında hazırlanmış preparatlardan istifadә edirlәr. Gialuron turşusu orqanizmin özündә dә hazırlanır. Bu maddә dәrinin nәmliliyinә, möhkәmliyinә, elastikliyinә cavabdehlik daşıyır, dәri hüceyrәlәri tәrәfindәn kollagenin istehsal edilmәsinә kömәk edir. Gialuron turşusu orqanizm üçün "doğma” olduğu üçün ondan istifadә edilmәsi zamanı allergik reaksiyanın әmәlә gәlmәsi ehtimalı az olur.

Dodaq ölçüsünün artırılması prosesindәn әvvәl hәkim­kosmetoloq qadının özü ilә müzakirә etmәklә "dodaqların formasını” seçir. Daha sonra hәkim dodaq nahiyәlәrini iynә vurmaqla vә ya xüsusi gel vә ya kremlәrdәn istifadә etmәklә ağrısızlaşdıraraq, nazik iynәlәrlә hazır olan preparatı dәri altına yeridir. Dodaq ölçülәrinin artırılması әmәliyyatı orta hesabla 30­dәqiqәyәdәk davam edir. Әmәliyyatın nәticәsini yalnız bir neçә gündәn ­ dodaq nahiyәsindәki şişkinlik keçdikdәn sonra, tam şәkildә qiymәtlәndirmәk olar.
Gialuron turşusu әsasında hazırlanmış preparatlardan istifadә etmәklә dodaq ölçülәrinin artırılması әmәliyyatını bir müddәt keçdikdәn sonra tәkrar etmәk lazımdır. Çünki, bu maddә tәdricәn sorulur. Aparılan әmәliyyatın effektivliyi daxil edilmiş preparatdan, qadının yaşından, orqanizmin xüsusiy­yәtlәrindәn asılı olaraq, 6 aydan bir neçә ilә qәdәr saxlanıla bilәr.

Dodaq ölçülәrinin artırılması üsullarından biri dә dodaq toxumasına biopolimer vә ya poliakrid gellәrin daxil edilmәsindәn ibarәtdir. Daxil edilәn bu preparatlar sonradan sorulmadığı üçün bu üsul daha uzun müddәt әrzindә effekt verir. Bu preparatlardan istifadә edilmәsinin әskikliyi isә, onlardan istifadә etdikdә allergik reaksiyaların inkişaf etmәsi vә daxil edilәn preparatın digәr sahәlәrә yayılması riskinin yüksәk olmasıdır. Bunun nәticәsi olaraq
dodağın forması da dәyişilә bilәr.

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 589
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
dodaq korreksiyasi cox pis gorunur
28 iyun 2019 09:32
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
❤Ə❤CANAN❤G❤
Sitat: diablo
Dodagi estetik emeliyyat etdirmeyin eleyhineyem mence allah bizi nece yaradibsa ele de olmaliyiq.Hec sevmirem de vare o uzden iraqlar dodaglarini 10metre qabaga verib sekil paylasirlartripTebiilikden yanayam maraqli movzu idi tesekkur canim123
27 iyun 2019 23:08
4
canan qizim sirin seker qizim.
Offline
BARBI
Hec xoslamiram bu emeliyyati.Hal hazirda cox qizlarin dodagi bu veziyyetdedir
27 iyun 2019 19:24
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
diablo
Dodagi estetik emeliyyat etdirmeyin eleyhineyem mence allah bizi nece yaradibsa ele de olmaliyiq.Hec sevmirem de vare o uzden iraqlar dodaglarini 10metre qabaga verib sekil paylasirlartripTebiilikden yanayam maraqli movzu idi tesekkur canim123
27 iyun 2019 18:24
2
Perfect
Offline
YalniZ-ArZu
Dodaqlarimin olcusunden raziyam. Uzume tam uygun olcude dodaqlarim var. Ancaq nazik de olsa dodaq dolgusu etdirmerem. Cunki birincisi baxan saniyede hiss olunur dolgu oldugu, ikincisi bizimkiler butun estetik emeliyyat ve tetbiqleri o qeder ifrat derecede cirkin etdirirlerki adamda ikrah hissi oyadir. Profilden baxirsan dodaq ordek dodagi kimi uzanib qabaga, tebiilikden eser elamet yoxdu.
27 iyun 2019 17:45
1
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri