Estetik burun əməliyyatı haqqında doğru zənn edilən səhv fikirlər

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 401
Səs ver:
(səs: 0)
Estetik burun əməliyyatı dünyada ən çox aparılan əməliyyatlardan biridir. Bir çox insanın burnu ilə bağlı narazılıqları var və əməliyyat keçirib, həmin komplekslərindən azad olmaq arzusundadırlar, amma kənardan eşitdikləri doğru olmayan fikirlər nəticəsində əməliyyat fikrinə tərəddüdlə yanaşırlar.

1. Səhv: Çox kiçik və ya irəli yaşlarda estetik burun əməliyyatı həyata keçirilə bilməz.
Doğru: Bu əməliyyatlar üçün aşağı yaş həddi qızlarda 16, kişilərdə isə 18 yaşdır. Daha kiçik yaşdakı uşaqlarda ciddi dərəcədə çətinlik yaşanırsa, nadir hallarda da olsa estetik burun əməliyyatı tətbiq edilir. Kiçik yaşlarda əməliyyat edilən uşaqlarda qığırdaq və sümük inkişaf nöqtələrinə toxunmadan bu əməliyyatı həyata keçirmək mümkündür.

2. Səhv: Bütün estetik burun əməliyyatları eyni üsullarla tətbiq edilir. Doğru: Estetik burun əməliyyatlarında xəstəyə əsasən xüsusi planlama aparılır, çünki insanların görünüşü və problemləri bir-birindən fərqlidir.

3. Səhv: Açıq üsulla aparılan burun əməliyyatlarında yara izi qalır.
Doğru: İndiki vaxtda açıq üsulla aparılan əməliyyatlardan 6 ay sonra yara izini normal gözlə görmək mümkün deyil. Qapalı üsulun ən böyük üstün cəhəti bu müddətin çox daha qısa olmasıdır. Mənfi cəhəti isə dəri altından tətbiq edilməsi və bəzi problemlərə müdaxilə edən zaman yaşanan çətinliklərdir.

4. Səhv: Estetik burun əməliyyatı sonrası ağrılı mərhələdir.
Doğru: Bir çox xəstə əməliyyatın 3-cü günündən ehtibarən ağrı kəsici istifadə etmək ehtiyacı belə hiss etmir. İndiki vaxtda istifadə edilən Ultrasonik Piezo texnologiyası ilə əməliyyat sonrası göyərmə və şişlik daha az olur. Əməliyyatdan sonra ilk 1 həftə müddətində çox hərəkət etməməyə çalışıb, sərt qidalar yeməkdən və gülmək kimi hallardan uzaq olduğunuz zaman demək olar ki, heç bir ağrı hiss etməyəcəksiniz.

5. Səhv: Estetik burun əməliyyatından sonra burun ucu düşür.
Doğru: Burunun ön tərəfinə mütləq şəkildə greft adlanan qığırdaqlarla dayaq verilir. Bu şəkildə dayaq verilməsi sonradan burun ucunun düşməsinə qarşı da müqavimət təmin edir.

6. Səhv: Əməliyyatın ən çətin tərəfi tamponların çıxarılmasıdır.
Doğru: İndiki vaxtda tampon təsirini yaratmaq məqsədi ilə tikiş üsulları, əriyən tamponlar və ya silikon tamponlar istifadə edilir. Xəstənin rahat nəfəs ala bilməsi üçün deşikli silikon tamponlardan da istifadə edilir.

7. Səhv: Burun estetikasında lazer tətbiqi daha yaxşı nəticə verir.
Doğru: Lazerin burun əməliyyatlarında yeri yoxdur. Lazer heç vaxt sümük və ya qığırdağa forma verə bilməz. Nadir hallarda açıq üsul ilə aparılan əməliyyatlardan sonra yara izi gözə çarpan xəstələrdə istifadə edilir.

8. Səhv: Burundakı estetik problemlər yalnız cərrahi müdaxilə vasitəsilə aradan qaldırıla bilər.
Doğru: 10 il əvvələ qədər problemlərin həllində əməliyyatdan başqa alternativ bir üsul yox idi. Hal hazırda isə inkişaf edən toxumaya uyğun dolğu maddələri texnologiyası vasitəsilə də burunun estetik görünüşündə dəyişikliklər etmək mümkündür, amma dolğu,botoks kimi tanınan bu vasitələr burun daxilindəki problemləri aradan qaldırmır.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 401
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
fiyonik
Bunlari bilmek heqiqeten maraqli oldu. Bilmis oldum. Men mektebi bitirende aciq usulla eletdirecem. Tesekkurler
20 iyul 2019 00:28
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
vipbetul
burun emeliyyatini ngerek doqru ekim doqru usulla etsinki sonradan problem yashanmasin
19 iyul 2019 09:34
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Burun estetiy her xanim ustunluk verir.Mende ehtiyac olsa ederem
18 iyul 2019 17:32
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri