Mastopeksiya (Süd vəzilərinin dartılması)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 3 599
Səs ver:
(səs: 0)
Mastopeksiya estetik cərrahiyyə əməliyyatıdır. Süd vəzisi ptozu barədə o zaman danışmaq olar ki, vəzi giləsi inframammar büküşdən aşağı sallanmış olsun.

Bu halda, mastopeksiya-süd vəzin dartılması icra oluna bilər. Süd vəzilərinin dartılması zamanı hər bir xəstəyə diqqətlə yanaşma tələb olunur.

Əməliyyatın keçirilməsinə göstəriş və əks göstərişlər.

Təcrübədə cərrah, operativ müalicə taktikasını müəyyən edən zaman üç əsas kliniki vəziyyətlə üzləşir, buna əsasən cərrahi taktikanı müəyyənləşdirir

Vəzi dərisi kifayət qədər elastikdir, az dəyişib, amma vəz sallanmış olur.
Vəzilərin dərisi sallanıb və elastik deyil, amma vəzin həcmi normaldır.
Süd vəzin dərisi həddən artıq sallanıb, vəzin həcmi kiçikdir.
Sadalanan halların hər biri süd vəzilərin müxtəlif dərəcəli ptozu ilə müşayiət olunur. Mastopeksiya üçün ideal namizədlər süd vəzilərinin ölçüsü normal olanlardır. Vəzin həcmi az olanda və onun I dərəcəli ptozu zamanı implantın qoyulması göstərişdir. Süd vəzin III dərəcəli ptozu və vəzi toxumasının həcmi çox kiçik olanda da implantla birgə mastopeksiya aparılması məqsədəuyğundur. Süd vəzilərinin ptozu toxumanın normal ölçüsü zamanı baş verirsə, xəstənini istəyinə uyğun kiçiltmə və dartma əməliyyatı tətbiq edilir. Vəzin toxuması artıq həcmdə olduqda reduksion mammoplastika icra edilir.

Əks göstərişlər: Süd vəzilərdə çoxsaylı çapıqlar, həmçinin süd vəzin fibroz-kistoz xəstəliyi. Ağır somatik status, sistem xəstəliklər və psixi pozuntular.

Bu əməliyyatdan sonra baş verən ağırlaşmalar digər mammoplastika əməliyyatlarında olan ağırlaşmalarla eyni olur.

Xüsusi maraq doğuran ağırlaşma süd vəzilərinin ikincili sallanmasıdır. Əslində bu ağırlaşma deyil. İmplantın ağırlığının hesabına vəzi toxumasının boşalması baş verir. Həmçinin qadının tez-tez kökəlib arıqlaması da bu vəziyyəti yarada bilər. Bəzi hallarda təkrari əməliyyata ehtiyac yarana bilər.

Bəzi qadınlarda gilə-areolyar kompleksin həddən artıq böyük olması, gilənin içəriyə dartılması kimi hallar ola bilər. Kompleksin böyük olması hamiləlik zamanı və ya uşağa süd verdikdən sonra meydana çıxa bilər. Gilənin içəriyə dartılması isə uşağa süd verilməsinə əngəl olur. Gilə-areolyar kompleksin böyük olması və gilənin içəriyə dartılması zamanı əmliyyat ümumi və ya yerli keyləşdirmə altında aparıla bilər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 599
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri