Botoks nədir?

Müəllif: Narın Yağış
Şərhlər:
Baxılıb: 1242
Paylaş:
Səs ver:
(səs: 2)
Botoks, təxminən 20 ildir dünyanın müxtəlif yerlərində tibbi müalicələrdə istifadə edilməkdədir. Əvvəllər göz tənbəlliyi və çəpliyin əməliyyatsız həlli, bəzi boyun spazmlarının aradan qaldırılması kimi vəziyyətlərdə istifadə edilməkdə idi. Botoksun üz qırışıqlarını aradan qaldırmaq üçün istifadə edilməsinə isə 10 il  əvvəl başlanmış və bu günə qədər milyonlarla adam botoksun bu təsirindən faydalanmışdır.

Üzümüzdəki ifadə xüsusiyyətini təmin edən bütün əzələlərə mimika əzələləri deyilir. Yəni qaşlarımızı çatmamızı, qaldırmamızı, gülməmizi, kədərli görünüşümüzü və bunlar kimi bir çox hərəkət üzümüzün ifadə xüsusiyyətini təmin edən hərəkətlərdir. Ancaq bu hərəkətlər bir sıra kiçik əzələlər tərəfindən edilməkdədir. Bu əzələlərin işini təmin edənlər isə beynimizdən gələn sinirlərdir.

Zaman içində çox istifadə edilən bəzi mimika əzələlərinin olduqları bölgələrdə qırışıqlar meydana gəlir və gedərək dərin bir hal ala bilərlər. Mimika əzələlərinə bağlı olaraq meydana gələn qırışıqlara dinamik qırışıqlar deyilir.

Xanımlar hər yaşda gözəl görsənməyə çalışırlar və bu qırışıqlar onları narahat edir və onlar "botoks"a müraciət edir.

Botoks, Clostridium Botulismus deyilən mikro orqanizmin çıxardığı, botulinum toksinindən əldə edilən və bu gün estetik sahədə geniş şəkildə istifadə edilən kimyəvi bir maddədir.

Bu toksin təsir etdiyi yerdəki sinirləri iflicə uğradır.Toksinin bu xüsusiyyətindən faydalanılaraq üzdəki mimika əzələlərinə bağlı olaraq ortaya çıxan qırışıqlar keçici bir müddət üçün yox edilə bilir.Botoksun təsiti 6 aya qədər davam edir.
Botoks iynə vasitəsilə lazım olan nahiyəyə yeridilir.Süni və ya təbii gellərdən istifadə olunur.Təbii geldən  istifadə etmək məsləhətdir.Süni gellərin yaratdığı fəsadları bəzən cərrahi yolla da aradan qaldırmaq mümkün olmur.

Bəzi xanımlarda botoks etdirmək xəstəlik halına çevrilib.Xanımlar bilməlidirlər ki,dəfələrlə edilən botoks sonda çox pis nəticələr verə bilər.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1242
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv