Üzdə plastik cərrahiyyə nəyə xidmət edir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 207
Səs ver:
(səs: 0)
Plastik cərrahiyyə - üz və bədən quruluşunun korreksiyası və rekonstruksiyasıdır. Plastik cərrahlar pasiyentin xarici görünüşünü rekonstruksiya və kosmetik (estetik) cərrahiyyə vasitəsilə yaxşılaşdıra bilirlər. Deyirlər, plastik əməliyyatlar Qədim Hindistanda meydana gəlib. Orada cinayətkarların ağır əməllərinə görə burun uclarını kəsir və tez alnından dəri götürərək yenisini düzəldirdilər. O dövrdən plastik əməliyyata münasibət o dərəcədə dəyişib ki, indi insanlar buna öz razılığı ilə gedir və külli miqdarda pul ödəyirlər. İnsanda ən çox diqqət çəkən, əlbəttə ki, sifətdir. Üzün plastik əməliyyatı üzün toxuma və orqanlarının formasının dəyişdirilməsi, eləcə də onların yenilənməsidir (implantasiya). Amma bəzən əməliyyatdan sonra üzün harmoniyası zədələnə, təravət, təbiilik, cəlbedicilik itə bilər. Buna görə də düzgün ünvana, təcrübəli həkimə müraciət etmək lazımdır. Plastik əməliyyata müraciət etməzdən əvvəl yaxşıca düşünün:

Demək olar ki, bütün yeniyetmələr (və bir çox böyüklər) bədənlərinə və xarici görünüşlərinə birmənalı yanaşmırlar. Hər birimiz (hətta ən gözəl modellər belə) görünüşümüzdən müəyyən dərəcədə narazı qalır və nəyi isə dəyişdirməyə hazır oluruq. Xoşbəxtlikdən xarici görünüşə olan həddindən artıq hissiyyatlı münasibət insan yaşlaşdıqca keçir. Özünüzdən soruşun, sizə plastik əməliyyat lazımdır, ya siz ümumi standartlara uymaq və sadəcə, ətrafdakıların xoşuna gəlmək istəyirsiniz.

Yetkinlik dövründə bədən inkişafını dayandırmır. Həddindən artıq balaca və ya böyük görünən bədən hissələri zamanla harmoniyalı proporsiya qazanır. Məsələn, uşaqlıqda və yeniyetməlik dövründə iri və uzun görünən burun yaşlaşdıqca və üzün başqa cizgiləri formalaşdıqca tam yerində olur.

Gözəl bədən quruluşunun yaranması və onun qorunması plastik cərrah masasında deyil, idman zalında olmalıdır. Pəhriz və fitnes sağlamlıq üçün cərrah bıçağı və iynəsindən daha faydalıdır. Artıq çəkidən qurtulmaq üçün heç zaman plastik cərrahiyyəyə müraciət etməyin. Axı istənilən nəticəni əldə etmək üçün qeyri-cərrahi metodlar da az deyildir. Ola bilsin növbəti mədə anastomozu və ya liposaksiya ciddi pəhrizlə müqayisədə daha tez və effektiv həll yoludur. Amma hər iki əməliyyat istənilən pəhrizlə müqayisədə böyük risklə bağlıdır. Ona görə əməliyyata ən son həddə əl atmaq lazımdır.

Həssas insanlarda xarici görünüşlərini qiymətləndirmə emosiyalarla bağlı olur. Depressiyaya meyilli olanlar və ya xarici görünüşünü layiqincə qiymətləndirməyənlər bəzən düşünürlər ki, plastik əməliyyat onların bütün problemlərini həll edəcək. Bu, ciddi və təhlükəli yanılmadır. Onların problemi psixolojidir, ona görə belə insanlara plastik cərrahın yox, psixoterapevtin köməyi lazımdır. Bir çox cərrahlar yeniyetmələri, depressiyadan və digər psixoloji pozğunluqdan əziyyət çəkənləri emosional problemləri həll olunmayana qədər əməliyyat etməkdən imtina edirlər.

Statistikaya görə, hər il milyonlarla insan sifət cizgilərini gözəlləşdirmək üçün plastik cərrahiyyəyə müraciət edir. Əməliyyat prosedurunun müxtəlifliyinə baxmayaraq, hazırlıq 3 mərhələdən ibarətdir. Birincisi, özünü əməliyyata psixoloji olaraq hazırlamaqdır. İkincisi, səhhətinizin əməliyyata əlverişli olub-olmadığını müəyyənləşdirmək üçün laboratoriya analizlərinin və rentgen araşdırmalarının aparılmasıdır. Üçüncü mərhələ peşəkar plastik cərrahın istədiyiniz əməliyyatı edə biləcəyi və ya bilməyəcəyi barədə qərar verməsidir ki, bu da çox mühüm mərhələdir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 207
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri