Permanent makiyaj (tatuaj) necə aparılır?

Müəllif: NoName
Şərhlər: 21
Baxılıb: 3110
Paylaş:
Səs ver:
(səs: 1)
Bu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsusi aparatın köməyilə dəriyə rənglər yeridilir.
Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasını korrektə etmək və gözlərin mənalılığını artırmaq üçün istifadə olunur. Əgər permanent makiyaj yaxşı kosmetoloji klinikada, yaxşı mütəxəssis tərəfindən yerinə yetirilmişsə, bu halda o, təbii  görünəcək, xarici görünüşü xeyli yaxşılaşdıracaq və qüsurları gizlədəcək. Onu da bilmək lazımdır ki, tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilərlər. Buna görə allergiyaya meylli olan xanımlar bu proseduradan çəkinməlidir.
 
Dodaqların permanent makiyajı necə edilir? Hər şey sizin mütəxəssislə birgə kosmetik karandaşın köməyi ilə dodaq formasını seçməyinizdən başlayır. Sonra permanent makiyajın ediləcəyi konturlar çəkilir. Dodaqlar karandaşla çəkildikdən sonra onları üzbəüz və profildən (yandan) durmaqla qiymətləndirin. Qiymətləndirmə zamanı təkcə dodaqlara deyil, yeniləşmiş üzünüzə bütünlüklə diqqət yetirin. Yalnız bu cür hər hansısa bir uyğunsuzluqları və assimmetriyanı görmək olar. Yeni konturun gülərkən, danışarkən, mimiki hərəkətlər zamanı necə göründüyünü yoxlayın. Hamıya uyğun gələn ideal forma yoxdur, hətta ən gözəl hesab edilən - iri, enli dodaqlar da hamıya yaraşmır. Dodaqların forması məhz sizin üzünüzün gözəl cizgilərinizi vurğulamalıdır. Tatuajın köməkliyi ilə qadınları dodaqlarının asimmetriyasından (əyrilik) xilas etmək, onların formasını, həcmini dəyişmək, rəngini yaxşılaşdırmaq olur.
Dodaqların forması müəyyən edildikdən sonra rəng seçiminə keçmək olar. Yaxşı olardı ki, bu zaman makiyaj bütünlüklə silinmiş olsun, əks halda rəng düzgün seçilməyəcəkdir. Tatuaj zamanı rəng dəriyə çox dərin yeridilməsə də (0.8-1 mm), proses kifyət qədər ağrılı olur. Buna görə də tatuajı yerli anesteziya (keyləşdirmə) ilə edirlər.
Dodaqların tatuajına qərar verdikdə, yalnız müasir, özünü təsdiq etmiş klinikaya, yüksək dərəcədə ixtisaslaşmış mütəxəssisə müraciət edin. Bu yolla siz düzgün edilməyən tatuaj nəticəsində dodaqlarda yaranan çapıqlardan, düzgün olmayan rəngləmə nəticəsində dodaqların rənginin dəyişməsindən, qeyri-təbii rəngdə olmasından və s. qurtula bilərsiniz. Tatuaj 2 ildən 5 ilə qədər qalır. Gənc xanımlarda permanent makiyajın korreksiya edilməsinə (yeniləşməsinə) ehtiyac tez, yaşlı xanımlarda isə gec yaranır.
Qaş və dodaqların tatuajından başqa, göz qapaqlarının (və ya çox zaman adlandırıldığı kimi "gözlərin”) tatuajı da edilir. Gözlərin tatuajının əsas məqsədi baxışı mənalı etməkdir. Tatuajın köməyi ilə vizual olaraq göz künclərini qaldırmaq, gözləri daha dairəvi və ya uzunsov etmək, kiçik gözləri böyütmək və ya böyük – "qabarmış” gözləri kiçiltmək, seyrək kirpiklər problemini həll etmək, gözlərin gündəlik makiyajına sərf edilən vaxtı azaltmaq və s. mümkündür.
Permanent makiyajı etməzdən əvvəl, sizə tatuaj edəcək mütəxəssislə qabaqcadan məsləhətləşmək lazımdır. Mütəxəssis sizə prosesdən əvvəl hansı preparatların qəbul edilməməsi və tatuajdan sonra nələrə piayət olunmasını izah edəcəkdir.

loading...
(səs: 1)
Şərhlər: 21
Baxılıb: 3110
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
tatu filan bize ters
13 mart 2015 19:31
21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
leyla_258
BOY BU NE,MAKYAJI BEYENDIM,SADE MAKYAJDI AMA SEKIL BIR AZ MENI QORXUTDU....
5 fevral 2015 16:13
20
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
Melek5
tatuaj qeweng gorsenir
4 fevral 2015 17:26
19
Get sevgilim! Dön desəm mən, gəlsən, sən Şərəfsizsən.
Offline
lili)
qaslarda ele pis gorenirki bozarir rengi hec eletdirmerem
4 fevral 2015 09:57
18
Offline
ismayilova ulker
Tatuajdan zəhləm gedir. Qadını bütün dəyişir. Çox pis görsənir insan.
3 fevral 2015 23:43
17
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
ece uslu
tatuaj sevmirem hemde gunahdi
3 fevral 2015 23:38
16
Offline
rəmsə
Dodaq tatuajına xoşum gəlir,elətdirmək istəyərdim
3 fevral 2015 20:18
15
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
birdane
Heyif deyil tebii gozellik
3 fevral 2015 19:39
14
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
Offline
arzum-aysum
Qaslarimi qaraltmaq istərdim çünki boz gorunurler
3 fevral 2015 14:27
13
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Qlamurr
Hər zaman təbiiliyə üstünlük veririəm...
3 fevral 2015 14:13
12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Ay_El
Ne gozeldir. Teşekkürler
3 fevral 2015 14:08
11
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Offline
meni_gozle
Tatuaj sevmirem eletdirmeyide duwunurem
3 fevral 2015 13:47
10
Offline
BARBI
Hec vaxt etdirmerem cox ziyanlidir
3 fevral 2015 13:46
9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
sona
Hec xowuma gelmir bele weyler qeti olaraq eleyhineyem
3 fevral 2015 13:34
8
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
Tomris Müslümova
tebiilik daha onemlidi
3 fevral 2015 13:29
7

Sən sadəcə mənimsən...!
Offline
Fialka
Kosmetik tatuaja yaxşı baxmıram çox süni görsənir təbii olsa daha yaxşıdı
3 fevral 2015 13:26
6
Offline
AYKA-ISI
tebiliye ustunluk verirem
3 fevral 2015 13:08
5
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
canr
Istemez
3 fevral 2015 13:06
4
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
Offline
xeyalperest
İyy men başa duşduyme gore qaşdara edirler qadinnnar ondan di ama men onu hec beyenmirem tewekkur
3 fevral 2015 13:04
3
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
Luna-90
Ilk defedi esidirem ancaq menim derim hessasdi .bir tek dodaq ve qasa nese eletmek olar butun uz derisini rengletmek olmaz o forma istemeyende ne olur .
3 fevral 2015 13:04
2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv