Əziz xanımlar,üzünüzdəki tüklərdən tamamilə və heç bir məbləğ xərcləmədən təbii bir üsulla xilas olmağınız mümkündür.
Necə?
İndi reseptini verəcəyimiz qarışım sayəsində.
Lazım olan vəsaitlər;
1 yumurta ağı
1 x.qaşığı qarğıdalı unu
1 x.qaşığı pudra şəkəri
Hazırlanması;
Bir qaba yumurta ağını qoyub üzərinə unu və pudranı əlavə edib,qatı konsistensiya alınana qədər qarışdırırıq. Qarışımı təmiz dəriyə çəkib qurumasını gözləyin.
Quruyandan sonra dərinizi zədələmədən massaj hərəkətləri ilə ovxalayaraq soyun.
Qarışımı ayda 4 dəfə dərinizə tətbiq edin. Bir müddətdən sonra tüklərin azalmış və zamanla yox olduğunu görəcəksiniz.
P.S. Maskanı tətbiq etməzdən əvvəl dərinizin bu komponentlərə qarşı həssaslığını yoxlamağı unutmayın.