Gözəllik inyeksiyaları - əməliyyatsız cavanlaşma

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 371
Səs ver:
(səs: 3)
Hal hazırda bu cavanlaşma proseduru ən tələb olunan prosedurlardan biri sayılır.
Prosedurun çoxsaylı müsbət cəhətləri var - tez effekt verir, bərpa dövrü tələb olunmur və insan dərhal adi həyata qayıda bilir, heç bir yanaşı təsirləri və fəsadları yoxdur (prosedur yaxşı mütəxəssis tərəfindən həyata keçirdikdə və yaxşı preparatlar istifadə olunduqda).
Dəridə olan qırışlar xüsusi fillerlərin (gellər) köməyi ilə doldurulur və nəticədə yox olur, dəri isə hamarlaşır. Bu prosedurun köməyi ilə dodaqları, qaşları, üz ovalını bir qədər "qaldırmaq" da mümkündür. Bütün bunların nəticəsində prosedurdan dərhal sonra üz xeyli cavan görünür.
Filler rolunda orqanizmimizdə olan qialuron turşusu, kollaqen, klientin piyi (lipofilinq) istifadə oluna bilər. Hal hazırda qialuron turşusunun əsasında olan fillerlər daha tez-tez istifadə olunur.
Prosedur yerli keyitmənin köməyi ilə həyata keçirilir (xüsusi krem-anestetik istifadə olunur). Effekt 6 aydan 1 ilə kimi davam edir. Dərinin altına yeridilən filler tədricən sovrulur və qırışlar yenə qayıdır. Prosedur yenə təkrar oluna bilər.
Sovrulmayan preparatlar daha arzuolunmaz sayılır. Belə gellər dərinin altında yerini dəyişə bilir, iltihaba, irinləməyə səbəb olur, onları dərinin altından xaric etmək çox çətindir.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 4 371
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri