Burnunu kəsdirənlər bunu mütləq oxusun

Müəllif: Wiyinka
Şərhlər: 10
Baxılıb: 3 207
Səs ver:
(səs: 5)
Burnunuzu plastik əməliyyat etdirdikdən sonra tez sağalıb yeni burnunuzla rahat nəfəs almaq istəyirsinizsə..

Burun əməliyyatı rahat nəfəs almanıza kömək edə bilər, eyni zamanda görünüşünüzə da qatqı verəcək.

Əməliyyatdan sonra burun 6 həftə həssaslığını qoruyur. Bundan dolayı ilk bir neçə həftə üçün tövsiyələri diqqətə alın. Bir az ehtiyatlı olmaq sağalmanıza kömək edəcək.

Ağır idman növlərindən ən az 2 həftə uzaq durun. Yaxşılaşmasının üçüncü həftəsindən sonra yavaş-yavaş başlaya bilərsiniz.

6 həftə ərzində basketbol, voleybol oynamayın. Burnunuza nəsə dəyə biləcək ehtimalı olan fəaliyyətlərdən uzaq durun.

İki həftə fınxırmayın.

Çox çeynənilməsi lazım olan yeməklər yeməyin. Yumşaq yeməklər yeyin.

Dişlərinizi çox sərt fırçalamayın. Üst dodağınız çox hərəkət etdiyindən burnunuza təsir edə bilər.

Başınızın üzərindən keçəcək geyimlər geyinməyin.

İlk 2 ay çərçivəli eynəklər taxmayın. Eynəksiz qala bilmirsinizsə, çərçivə hissəsinə steril band qoyun ya da əlinizlə tutub baxın.

Dərinizi 3 ay günəş şüasından qoruyun. Burnunuza günəş kremi vurmadan bayıra çıxmayın.

İlk 3 həftə siqaret çəkməyin.
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 3 207
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri