Gəlincik sifəti, donuq baxışlar - gözəllik budur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 080
Səs ver:
(səs: 3)
Tarixən qadınlar gözəlləşmək və gənc görünə bilmək üçün müxtəlif üsullara əl atıblar. Məsələn, XV əsrdə yaşamış Fransa kralı II Henrinin sevgilisi Diana de Puatye gənc qalmaq üçün qızıl tozunu suya qatıb içirmiş. O öldükdən sonra sümüklərini müayinə edən alimlər qeyri-adi halla qarşılaşıblar. Onun sümüklərində qızıl normadan 250 dəfə artıq olub. Lakin bu yolla o, istəyinə nail olub, 60 yaşında üzündə heç bir qırışı olmayıb...

Ümumiyyətlə, plastik cərrahiyyənin ilk işləri eramızdan əvvələ gedib çıxır. Təxminən 3 min əvvəl qədim Misirdə xüsusi bacarıqlı insanlar varmış ki, onlar dovşandodağın "düzəldilməsi”, əzilmiş burnun yenidən bərpasını həyata keçirirmişlər. Hindistanda da Suşita adlı həkim ilk plastik burun əməliyyatını edib. O, qopmuş burnu yenidən üzə birləşdirməyi bacarıb. VII əsrdə İsgəndəriyyədə həkim Paulos isə süd vəzisinin kiçildilməsi əməliyyatını (indiki liposaksiyaya bənzər) həyata keçirib. Ötən əsrin ortalarında ilk sinə protezi deyilən silikondan istifadəni isə amerikalı cərrah reallaşdırıb. 1961-ci ildən silikonlar geniş istifadə olunmağa başlayıb, eyni zamanda fəsadların da artmasına yol açıb.

Bu səbəbdən 1990-cı ildə plastik cərrahların birgə rəyi əsasında maye silikonların istifadəsini dayandırmağa qərar verilib. Bununla belə, maye silikon ucuz başa gəldiyindən istifadəsi dayanmayıb.

Hazırda dünyada kütlə geli xatırladan silikonlardan geniş istifadə olunur. Dodaqların böyüdülməsi üçün istifadə olunan gellər də müxtəlifdir.

Məsələ ondadır ki, ABŞ, Fransa kimi aparıcı ölkələrdə insan bədəninin inyeksiya yolu ilə silikonlaşdırılması qanunla qadağan edilsə də, bu proses sürətlə inkişaf etdirilir. Sözün əsl mənasında silikonlaşdırma, plastik cərrahiyyənin günümüzdə uğurlu və gözəl nümunələrini görmək mümkündür.

Azərbaycanda da estetik əməliyyatlara meyl edənlərin sayı artıb. Bir vaxtlar sənətçilər arasında dəbdə olan plastik əməliyyatlar, indi sadə vətəndaşların daha çox marağındadır. Küçədə eyni burun, dodaq, yanaqlı qızlar və oğlanlar görmək adi hal alıb. Ancaq çoxsaylı cərrahi müdaxiləyə məruz qalan xanımlar var ki, gözəl olmaq əvəzinə donuq baxışlara sahib olublar. Üz dərisini çəkdirən xanımlarda isə adətən mimik işarələr olmur. Nəticədə, donuq və ifadəsiz sifət quruluşu əmələ gəlir ki, bu da ətrafdakılara xoş təsir bağışlamır. Hazırda Azərbaycanda əksəriyyət klinikalarda estetik əməliyyatlar həyata keçirilir. Biz də paytaxtda plastik müdaxilənin harada və neçəyə başa gəlməsi ilə bağlı araşdırma apardıq.

Xətai Estetik Klinikasında saç əkilməsi 500 manatdan yuxarıdır. Əməliyyat qiyməti vəziyyətdən asılı olaraq 500 manatdan başlayaraq yüksəlir. Ümumilikdə isə estetik əməliyyat edilən klinikalarda qiymətlər təxminən oxşardır. Göz ətrafında qırışları gərdirmək üçün tələb olunan məbləğ 800-1000 manat, bədəndən artıq yağların götürülməsi xanımlara azı 1500 manata başa gəlir.

Süd vəzisinə silikon qoydurmağın qiyməti 2 min manatdan az deyil. Dodaqlarının həcmindən razı qalmayanlar vurulan gelin təbii və ya süni olması, həmçinin miqdarına görə ödəniş edirlər. Maddənin süni olmasını istəyənlər qramına görə 50 manat, təbiiliyə üstünlük verənlər isə 250 manat ödəniş etməlidirlər. Əlbəttə, bu tam dəqiq qiymətlər deyil. Həkimin yerli və ya xarici olması, onun baxışından sonra qiymətdə artım ola bilər. Burun çəpəri əyriliyi və plastik əməliyyatı 1000-1500 manata qədər artır.

Onu da qeyd edək ki, bu tip əməliyyatlar çox vaxt yaxşı qurtarmır. Ümumiyyətlə, bədənin hansı hissəsində aparılmasından asılı olmayaraq, hər bir plastik cərrahiyyə əməliyyatı insan sağlamlığı üçün zərərlidir. "Gözəllik qurban tələb edir” deyib, qadınlar öz sağlamlıqlarını gözəl görünməyə və fərqlənməyə qurban verirlər. Plastik cərrahlar öz xəstələrinə əməliyyatdan sağ çıxacağına belə zəmanət vermirlər. Çünki ağır plastik əməliyyatlar bəzən insan ölümünə də səbəb olur. Uşaq yaşlarında sarılıq keçirənlər, şəkərli diabet daşıyıcıları, vərəmli xəstələrə tibbin bu sahəsindən istifadə etmək qadağandır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, estetik əməliyyatların heç bir onkoloji perspektivi yoxdur: "Əvvəla, bu orqanın və yaxud da bədənin ayrı-ayrı hissələrinin görünüşünün və ya strukturunun dəyişdirilməsidir. Yəni bunun onkoloji perspektivi yoxdur. Burada onkoloji bir fon da yoxdur. Söhbət yad cisim kimi bədənə qoyulan  bəzi implantlardan gedir. Bu implantların da şiş törətmə qabiliyyətləri sübuta yetirilməyib. Bu, cərrahlığın ən cavan sahəsidir.

Müşahidələr və tədqiqatlar bu nəticəyə gəlməyə imkan verir. Estetik əməliyyatlar nəticəsində arzu olunmayan nəticələrə gəlincə isə təbii ki, bu həm estetik əməliyyatın düzgün seçilməməsi, bəzən də həkimin yol verdiyi hansısa səhvlərdən irəli gəlir və bütün bunlar kompleks şəkildə özünü göstərir. Digər tərəfdən, xarici ölkələrdə estetik əməliyyat etdirmək istəyən bütün şəxslər əvvəlcə mütləq psixoloqla məsləhətləşir. Psixoloqun icazəsindən sonra həmin şəxs estetik əməliyyat oluna bilər. Çünki bəzi şəxslərdə psixoloji problemlər olur və tam estetik parametrlərə cavab verən əməliyyatlar belə, onları qane etmir. Ona görə də hesab edirəm ki, əvvəlcə bizdə bu sistemi düzgün qurmaq lazımdır”.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 080
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri