Cazibədar sinə üçün məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 9 187
Səs ver:
(səs: 2)
Daha böyük sinəyə sahib olmaq üçün nələr edilməlidir?

Sinəni daha böyük göstərmək üçün qadınların özlərinə görə bir çox texnikası var. Amma bunların hansının səhv, hansının doğru olduğunu bilirsinizmi?

Bunları etməyin:

- Büsthalterlərin içini doldurmayın. Onu böyük seçib içini salfet və ya digər materiallarla doldurmağa çalışmayın. Bunun aydın olacağı və ya ortaya çıxacağı zaman düşəcəyiniz vəziyyətə dəyməz.

- Kiçik büsthalter geyinməyin. Bir çox qadınlar sinələrinin əsil ölçüsündən daha kiçik büshalterlərə üstünlük verərək onları böyük göstərməyə çalışırlar. Amma bu da bir səhvdir və narahatlığa səbəb olur.

- Eyni anda iki büsthalter geyinməyin. Onsuz da biri kifayət qədər narahat edəcək. Sinəniz bir az da böyük görünsün deyə ikisini üst-üstə geyinməkdən çəkinin. Çünki bütün gününüz onları düzəltməklə keçəcək.

 - Daha böyük sinəyə sahib olmaq üçün arzuedilməz hamiləliyin qarşısını alan həblərdən istifadə etməyin. Bu növ həblərin əks təsirlərindən biri də sinənin böyüməsidir. Belə dərmanlar müxtəlifdir və demək olar ki, hamısının əks təsiri fərqlidir. Hər kəsə eyni şəkildə təsir etmir. Yəni yalnız sinəniz böyüsün deyə azruedilməz hamiləliyin qarşısını alan həblərdən istifadə etmək ağılsızlıqdır.

 - Dərhal estetik əməliyyata üz tutmayın. Plastik cərrahiyyə olduqca böyük məsələdir. Bu mövzuda dərindən düşünmədən hərəkət etməyin. Bədəninizin əbədi olaraq dəyişəcəyini qəti unutmamalısınız. Üstəlik, bahalı olmasınadan əlavə, hər zaman arzuolunan nəticəni əldə etmək olmur. Eyni zamanda  bu üsul ağrılıdır. Gənc yaşlarındasınızsa, bədədinizə inkişaf etməsi üçün vaxt verin.

- Televiziyada reklam edilən hər məhsulu almayın! Bunların pul tələsi olması barədə hər kəs həmfikirdir. Amma hələ də həqiqət ola biləcəyini düşünürsünüzsə, bir xəbərdarlıq da bizdən oxuyun: Reklamlardakı sinə böyüdən məhsullara güvənməyin!

Bunlara əməl edin:

- Düzgün duruş məşqləri.  Əgər belinizi əyərək dayansanız, sinənizi daha da gizlətmiş olarsınız. Dik durub, çiyinlərinizi yüngülcə xaricə doğru açın və sinənizi çölə itələyin.

- Push-up büsthalterlər seçin. Push-up büsthalterlər sinənizi daha da cazibədar göstərəcəklər. Üstəlik, daxilindəki dolu sahənin köməkliyi ilə sinəniz daha da böyük görünəcəkdir.

- Dəstəkli büsthalterləri seçin. Daha təbii görünüşlü böyük sinələr üçün dəstəkli büsthalterlərə üstünlük verin. Bəzi markalar bu işi çox yaxşı bilir.

- Bürünc rəngli ənlikdən istifadə edin. Dekolte geyinirsiniz və sinənizin gözəl görünməsini istəyirsiniz? Bunun üçün makiyaj hiyləsinə əl ata bilərsiniz. Bürünc rəngli ənliklə əldə edə biləcəyiniz görünüş sizi çaşdıracaq. Doğru tətbiq etmək üçün bununla bağlı videoları izləyə bilərsiniz.

- Volanlı və ya üfüqi xəttli geyimlərdən istifadə edin. Bu yay olduqca dəbdə olan sinə hissəsi volanlı bikinini xatırlamayan yoxdur. Xüsusilə belə paltarlar sinəni böyük göstərir.

- Məşq edin. Sinə əzələlərinin gücləndirilməsi sinənizi daha böyük göstərə bilər. Eyni zamanda incə bel sinəni önə çıxarar. Buna görə də

məşq edərək təbii yolla sinənizi böyük göstərə bilərsiniz.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 9 187
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri